Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin sosial təminat hüququ var. Bu baxımdan sosial-demoqrafik vəziyyətinə görə gəlir əldə etmə imkanları məhdud olan ayrı-ayrı kateqoriya şəxslərə dövlət tərəfindən yardım məqsədi ilə sosial müavinətlər verilir. Bu müavinət növlərindən biri də aylıq sosial müavinətlərdir.

Aylıq müavinətlər dövlət qulluqçularına, yaşa görə, ailə başçısını itirməyə görə, əlilliyə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə), 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, beşdən çox uşağı olan qadınlara və övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə, himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə dövlət tərəfindən sosial yardım məqsədilə pul şəklində verilir.

Statistik məlumatlar

[chartId335,chartId323,chartId299]