ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Dövlət qulluqçularına ömürlük müavinət
İnzibati və yardımçı dövlət qulluğu vəzifəsində minimum, yəni 15 il çalışmış dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda, onların əmək pensiyası almaq hüququ olmadıqda dövlət tərəfindən bu şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq müavinət ödənilir.

Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayının orta aylıq məvacibinin 15 faizini təşkil edir.

Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.

12 təqvim ayından az dövlət qulluğunda çalışmış dövlət qulluqçusuna isə müavinət onun faktiki qulluq edilmiş tam təqvim aylarına əsasən hesablanır.

Müavinət ömürlük təyin olunur, plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin müavinəti alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və ya yenidən dövlət qulluğuna qəbul edildikdə müavinətin ödənişi dayandırılır.

Müraciətə baxış