1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət
Ünvanlı dövlət sosial yardımı alan ailədə 1 yaşınadək uşaq üçün dövlət tərəfindən əlavə dəstək məqsədilə uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 100 manat məbləğində müavinət verilir.

Müavinət proaktiv qaydada uşağın bir yaşı tamam olan ayın sonunadək təyin edilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin aşağıdakı hallardan biri baş verdikdə müavinətin ödənişi dayandırılır:

  • müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə;
  • uşağın bir yaşı tamam olduqda.
Müraciətə baxış
Statistik məlumatlar

[chartId351]