Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin sosial təminat hüququ var. Bu baxımdan sosial-demoqrafik vəziyyətinə görə gəlir əldə etmə imkanları məhdud olan ayrı-ayrı kateqoriya şəxslərə dövlət tərəfindən yardım məqsədi ilə sosial müavinətlər verilir. Bu müavinət növlərindən biri də aylıq sosial müavinətlərdir.

Aylıq müavinətlər:

  • dövlət qulluqçularına;
  • yaşa görə;
  • əlilliyə görə;
  • ailə başçısını itirməyə görə;
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə;
  • müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına;
  • valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə);
  • 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə;
  • beşdən çox uşağı olan qadınlara;
  • övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə;
  • himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinətlər dövlət tərəfindən sosial yardım məqsədilə pul şəklində verilir.
Statistik məlumatlar

[chartId335,chartId323,chartId299]