DOST Agentliyinin missiyası Azərbaycan Respublikası əhalisinin dövlət tərəfindən təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə xidmət mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin etməkdir.
Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və strukturu Azərbaycan Respublikası Prezidentinin 387 nömrəli 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub. 9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk "DOST" mərkəzinin açılışı baş tutub.
Ünvan:
1 saylı Bakı DOST Mərkəzi: Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 86
2 saylı Bakı DOST Mərkəzi: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi, 30 b
3 saylı Bakı DOST Mərkəzi: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b
4 saylı Bakı DOST Mərkəzi: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 3103
5 saylı Bakı DOST Mərkəzi: Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə 31
Abşeron DOST Mərkəzi: Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksi, bina 27
Telefon: Çağrı Mərkəzi 142
Ətraflı: https://dost.gov.az