Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət
Qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda bu qəyyuma (himayəçiyə) dövlət tərəfindən əlavə sosial yardım göstərilməsi məqsədilə aylıq 140 manat məbləğində müavinət verilir.

Müavinət qəyyumluq (himayəçilik) müddətinə təyin edilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin aşağıdakı hallardan biri baş verdikdə müavinətin ödənişi dayandırılır:
•    müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə;
•    qəyyumluq (himayəçilik) ləğv edildikdə.

Müraciətə baxış