Beşdən çox uşağı olan qadınlara müavinət
Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşağı, yəni altıncı uşağı bir yaşına çatdıqda dövlət tərəfindən sosial yardım məqsədilə aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir.

Müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin aşağıdakı hallardan biri baş verdikdə müavinətin ödənişi dayandırılır:

  • müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə;
  • uşağın 18 yaşı tamam olduqda.
Müraciətə baxış
Statistik məlumatlar

[chartId341]