01.01.2020-ci il tarixindən əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinətlərdən hər ikisini almaq hüququ olan uşaqlara hər iki növ aylıq müavinət təyin edilir.
Ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği dövlət qulluqçularına ömürlük müavinət, əlilliyə görə müavinət və ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən az olduqda həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir.
Ailə başçısını itirməyə görə müavinət hər uşaq üçün təyin edilir.
Ailə başçısını itirməyə görə müavinət alan şəxs öldükdə onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə birdəfəlik müavinət ödənilir.




