Yaşa görə müavinət
Əmək pensiyası hüququ olmayan, işləməyən 65 yaşına çatmış şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat yaşa görə müavinət verilir.

Qadın və kişilərin sosial vəziyyətindən asılı olaraq bu müavinəti almaq üçün onlara aşağıdakı güzəştlər də edilir:

  • valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ vardır. Deməli, qadın 60 yaşındadırsa, qeyd olunan şərtlərə uyğun gəlirsə və pensiya hüququ yoxdursa, həmçinin işləmirsə, ona yaşa görə müavinət təyin edilir;
  • əlilliyi olan uşağı olan qadınların uşağın səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılır;
  • qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi halda valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır;
  • qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi halda əlilliyi olan uşağı olan kişilərin, uşağın səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır.

Müavinət proaktiv qaydada ömürlük təyin olunur və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə və ya hər hansı bir fəaliyyətdən rəsmi qaydada gəlirlər əldə etdikdə müavinətin ödənişi dayandırılır.

Müraciətə baxış
Statistik məlumatlar

[chartId23,chartId301,chartId303,chartId29,chartId22]