ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Sosial ödənişlər departamenti

Sosial ödənişlər departamenti

Səfərov Rasim Akif oğlu

Elektron poçt ünvanı:

rasim.safarov@sosial.gov.az

1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

 

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bakalavr, həmin universitetdə MBA (Master of Business Administration) proqramında İqtisadiyyat və idarəetmə ixtisası üzrə magistr dərəcəsi alıb.

 

“İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, “Statistik və ekonometrik təhlil və modelləşdirmə yolu ilə qərarların effektivliyinin yoxlanılması” mövzusunda BMT-nin Uşaq Fondunun dəstəyi ilə ADA Universitetində, dayanıqlı inkişaf sahəsində BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə Statistika İnstitutunda (Yaponiya) ixtisasartırma kursları bitirib.

 

2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsində layihələr üzrə koordinator, 2006-2012-ci illərdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində sektor müdiri, 2012-2015-ci illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində layihə koordinatoru, 2016-2019-cu illərdə Dövlət Statistika Komitəsində şöbə müdiri vəzifələrində çalışıb.

 

Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda Sosial ödənişlər departamentinin müdiridir.

 

Rus, ingilis dillərini bilir.

 

Sosial ödənişlər departamenti sosial ödənişlərin qanunvericiliyə uyğun təyin edilməsi və ödənilməsi üzrə fəaliyyəti təşkil edir və əlaqələndirir. Bu sahədə riskləri müəyyən edir, problemli halları aşkar edir, onların aradan qaldırılması ilə bağlı tədbirlər görür, rəy və təkliflər verir.