ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Fərdi uçota nəzarət və sosial sığorta departamenti

Departament müdiri

Mirzəyev Əlipaşa Rauf oğlu

Elektron poçt ünvanı:

alipasha.mirzayev@sosial.gov.az

Mirzəyev Əlipaşa Rauf oğlu

1984-cü ildə anadan olub.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavr, 2007-ci ildə isə magistr pilləsini bitirib.

2007-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertiza Mərkəzində ekspert, 2008-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətində böyük məsləhətçi, 2010-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində məsləhətçi, 2018-2019-cu illərdə sektor müdiri, 2019-cu ildə Bakı Şəhər İdarəsinin idarə rəisinin müavini, 2019-2020-ci illərdə  Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta şöbəsinin müdir müavini, 2020-ci ildən Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta şöbəsinin müdiri vəzifəsində çalışıb.

Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi Uçota Nəzarət və Sosial Sığorta Departamentinin müdiridir.

 Ailəlidir, iki övladı var.

Fərdi Uçota Nəzarət və Sosial Sığorta Departamenti vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinin təmin edilməsinə, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsinə, onların etibarlı saxlanılmasına və mühafizəsinə, eləcə də sığortaolunanların məlumatlandırılması üzrə tədbirlər görməyə, sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafı məqsədilə tədbirlərin işlənib hazırlanması və işlərin təşkil olunması üçün müvafiq təkliflərin hazırlanaraq təqdim edilməsinə xidmət edir.