Maliyyə departamenti

Departament müdiri

Mürsəlov Tərlan Əliağa oğlu

Elektron poçt ünvanı:

tarlan.mursalov@sosial.gov.az

1967-ci ildə Şamaxı rayonunun Məlhəm kəndində anadan olub.

 

1989-cu ildə N.A.Voznesenki adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına daxil olub, 1994-cü ildə Azərbaycan İqtisad İnstitutunu İqtisadi və sosial planlaşdırma ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

 

1994-1995-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq İdarəsinin Şamaxı rayon şöbəsində baş müfəttiş, 1995-2010-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsində müxtəlif vəzifələrdə, 2010-2014-cü illərdə Fondun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentində sektor müdiri, 2014-2016-cı illərdə Dövlət Əmək Müfəttişliyində sektor müdiri, 2016-2020-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifələrində çalışıb. 2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə departamentinin müdiridir.

 

2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

 

Rus dilini bilir.

 

Maliyyə departamenti Fondun maliyyə idarəetməsi sahəsində təşkilati nəzarət tədbirlərini, müvafiq sahədə fəaliyyətin təşkilini həyata keçirir.

Şöbə müdiri: Binyətzadə Eyvaz Muxtar oğlu

Şöbə müdiri: Talıbov Nurəddin Talıb oğlu

Şöbə müdiri: Noçuyev Əbdül Aşırxan oğlu