ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Dövlət icbari şəxsi sığorta məsələləri departamenti

Departament müdiri

Hüseynov Kənan Vaqif oğlu

Elektron poçt ünvanı:

kanan.huseynov@sosial.gov.az

1991-ci ildə Bakı şəhərində anadan olub.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.

 

2013-2015-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2015-2020-ci illərdə bir neçə kommersiya şirkətində baş mühasib və maliyyə direktoru vəzifələrini icra edib.

 

2020-ci ildən Dövlət Sosial Müdafiə Fondunda İdarə Heyəti sədrinin müşaviri və Layihələrin idarə olunması departamentinin müdiri kimi fəaliyyət göstərib.

 

Hal-hazırda Fondun Dövlət icbari şəxsi sığorta məsələləri departamentinin müdiri vəzifəsində çalışır.

 

Rus, ingilis dillərini bilir.

 

Dövlət icbari şəxsi sığorta hərbi qulluqçular, məhkəmə və hüquq mühafizə orqanları işçiləri, Milli Məclisin deputatları və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin həyat və sağlamlığının mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir.