ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq əlaqələr departamenti

Departament müdiri

Xanəlibəyli Elşad Ramiz oğlu

Elektron poçt ünvanı:

elshad.khanalibayli@sosial.gov.az

1968-ci ildə Bakı şəhərində anadan olub.

 

1991 və 1992-ci illərdə Bakı Dövlət Universitetini və Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu bitirib. Oksford Universitetinin doktoranturasında təhsil alıb.

 

1993-1995-ci illərdə Azərbaycan Kooperasiya Universitetində müəllim, 1995-1996-cı illərdə Bakı Asiya Universitetində baş müəllim kimi fəaliyyət göstərib, Romanın Sapienza Universitetində və Qahirənin Amerika Universitetində mühazirələr oxuyub. 1996-1997-ci illərdə “Gillette International” Transmilli Korporasiyasının Qafqaz regionu üzrə baş meneceri, 1997-1999-cu illərdə “PWT” şirkətinin baş direktoru vəzifələrində çalışıb.

 

1999-2005-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində şöbə rəisi, 2005-2020-ci illərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində şöbə müdiri vəzifələrində çalışıb.

 

2013-2017-ci illərdə BMT Avropa İqtisadi Komissiyasının (AİK) Hökumətlərarası İşçi Qrupunun sədri, 2018-2020-ci illərdə BMT-nin Şəhər İnkişafı, Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsinin sədr müavini olub.

 

Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri vəzifəsində çalışır. Eyni zamanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Təşkilat, İdarəetmə və İnnovasiyalar üzrə Texniki Komissiyasının sədr müavini və BSTA-nın Avropa Şəbəkəsi üzrə İdarəetmə Komitəsi Katibliyinin rəhbəridir. 

 

İngilis, fransız və rus dillərini sərbəst bilir.

 

Beynəlxalq əlaqələr departamenti Fondun xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələrinin və əməkdaşlığının təşkilini və inkişafını həyata keçirərək, beynəlxalq müqavilələrin layihələrinin işlənib hazırlanmasında iştirak edir, onların icrasını əlaqələndirir, beynəlxalq təcrübənin öyrənilməsini və beynəlxalq müraciətlərin cavablandırılmasını təmin edir.