ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İnsan resurslarının idarə edilməsi departamenti

Departament müdiri

Aydınlı Azad Aydın oğlu

Elektron poçt ünvanı:

azad.aydinli@sosial.gov.az

1990-cı ildə Bakı şəhərində anadan olub.

 

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2016-cı ildə həmin universitetin Biznesin idarə edilməsi fakültəsində İdarəetmə ixtisası üzrə magistr dərəcəsi alıb.

 

2009-2011-ci illərdə “VİP construction” MMC-nin Kadrlar şöbəsinin müvəkkili, 2012-2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsində aparıcı, baş məsləhətçi, 2017-2018-ci illərdə Azərbaycan Respublikasının Energetika Nazirliyində sektor müdiri, 2018-2022-ci illərdə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İnsan resursları şöbəsində baş mütəxəssis, şöbə müdirinin müavini vəzifələrində çalışıb.

 

Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İnsan resurslarinin idarə edilməsi departamentinin müdiri vəzifəsində çalışır.

 

Rus, ingilis dillərini bilir.

 

İnsan resurslarinin idarə edilməsi departamenti Fondun struktur bölmələrində kadr işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir, insan kapitalının daimi inkişafına nail olmaq məqsədilə strategiyanın hazırlanmasını və tətbiqini təşkil edir. Həmçinin Fondun struktur bölmələrinin kadr ehtiyacının təmin edilməsi istiqamətində təhlillər aparır, bu ehtiyacların təmin olunması istiqamətində tədbirlər görür.