ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Layihələrin idarə olunması departamenti

Departament müdiri

Məmmədov Elnur Ramazan oğlu

Elektron poçt ünvanı:

elnur.r.mammadov@sosial.gov.az

 

1979-cu ildə Bakı şəhərində anadan olub.

 

1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2001-ci ildə Avropa İttifaqının TACİS Proqramı çərçivəsində Odense Texniki Məktəbinin (Danimarka) “Kiçik və Orta Biznesin İnkişafı” proqramını bitirib.

 

2001-2002-ci illərdə Bakı Sənaye Pedaqoji Kollecində müəllim, daha sonra iqtisadçı, 2003-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankında (hazırki “KapitalBank” ASC) mütəxəssis, 2004-2006-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında aparıcı mütəxəssis, baş mütəxəssis, 2006-2016-cı illərdə “MilliKart” MMC-də şöbə rəisi, departament direktoru, daha sonra icraçı direktorun müavini, 2016-2022-ci illərdə isə “MilliKart” MMC-nin icraçı direktoru vəzifələrində çalışıb.

 

Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Layihələrin idarə olunması departamentinin müdiri vəzifəsində çalışır.

 

Rus, ingilis dillərini bilir.

 

Layihələrin idarə olunması departamenti Fondun fəaliyyət istiqamətlərinə uyğun layihələrin araşdırılması, qiymətləndirilməsi, hazırlanması və icrasını həyata keçirir; inkişaf etmiş xarici ölkələrin təcrübəsinə əsaslanaraq Fondun fəaliyyət istiqamətləri üzrə yeni yanaşmalara uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir; Fondun struktur bölmələrinin aidiyyəti sahələri üzrə təşkil etdikləri layihələrin idərəolunmasında iştirak edir; Fondun iştirak etdiyi layihələrdəki riskləri qiymətləndirir və həmin risklərin mütəmadi monitorinqini aparır.