ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Satınalmaların təşkili və təchizat departamenti

Departament müdiri

Əliyev Zahir Məzahir oğlu

Elektron poçt ünvanı:

zahir.aliyev@sosial.gov.az

1984-cü ildə Lerik rayonunun Lərmərud kəndində anadan olub.

 

2005-ci ildə Sumqayıt Dövlət İqtisad Universitetində Gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2007-ci ildə Bakı Dövlət Universitetində eyni ixtisas üzrə magistr dərəcəsi alıb.

 

2010-2012-ci illərdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində baş məsləhətçi, 2014-2016-cı illərdə Maliyyə Nazirliyinin Masallı rayonu üzrə Maliyyə İdarəsində aparıcı məsləhətçi, 2016-2020-ci illərdə Masallı Regional “ASAN xidmət” Mərkəzində sektor müdiri, 2020-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin satınalmaların təşkili sektorunda böyük məsləhətçi vəzifələrində çalışıb.

 

Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Satınalmaların təşkili və təchizat departamentinin müdiridir.

 

Rus, ingilis dillərini bilir.

 

Satınalmaların təşkili və təchizat departamenti Fondun fəaliyyəti ilə bağlı tələb olunan malların (işlərin, xidmətlərin) satın alınması, təchizatı və təyinatı üzrə istifadəsinə, dövlət əmlakının idarəedilməsinə nəzarəti həyata keçirir.