Pensiya təminatı departamenti

Departament müdiri

İsmayılov Eyvaz Firqət oğlu

Elektron poçt ünvanı:

eyvaz.ismayilov@sosial.gov.az

1970-ci ildə Gədəbəydə anadan olub.

 

1993-cü ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini bitirib.

 

1993-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində pensiya təminatı sahəsində müxtəlif vəzifələrdə çalışıb.

 

Sosial təminat sistemindəki uzunmüddətli və səmərəli fəaliyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

 

Hal-hazırda Fondun Pensiya təminatı departamentinin müdiri vəzifəsində çalışır.

 

Rus dilini bilir.

 

Pensiya təminatı departamentinin fəaliyyət istiqamətləri əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, həmçinin pensiya sənədlərinin arxivləşdirilməsini təmin etməkdən; əmək pensiyaları sahəsində dövlət tərəfindən aparılan işlərdə islahatların həyata keçirilməsində iştirak etməkdən; əmək pensiyalarına dair sənədlərin inventarizasiyası nəticəsində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tədbirlər görməkdən və avtomatlaşdırılmış qaydada təyin edilən əmək pensiyalarının elektron monitorinqinin aparılması və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tədbirlər görməkdən ibarətdir.

 

Şöbə müdiri: Aslanov Sahil Mansır oğlu

Şöbə müdiri: Məmmədov Turac Niyazi oğlu

Şöbə müdiri: Qənbərov Faiq Şahseyran oğlu