ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Daxili nəzarət departamenti

Məmmədov Azəri Əminağa oğlu

Məmmədov Azəri Əminağa oğlu

Elektron poçt ünvanı:

azeri.a.mammadov@sosial.gov.az

1991-ci ildə Ucar rayonunun Qazyan kəndində anadan olub.

2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, 2013-2015-ci illərdə isə Qafqaz Universitetində magistr pilləsi üzrə təhsil alıb.

Dövlət Sosial Müdafiə Fondunda 2014-2016-cı illərdə Pensiya və müavinətlər şöbəsində aparıcı məsləhətçi, 2016-2018-ci illərdə Sosial ödənişlər şöbəsində aparıcı məsləhətçi, 2018-ci ildən 2024-cü ilin sentyabr ayınadək isə Azərbaycan Respublikası Hesablama Palatasının Sosial sahələrin auditi şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamentinin müdiridir.

Rus, ingilis dillərini bilir.

 

Daxili nəzarət departamenti Fondun struktur bölmələrində əmək, icra və xidmət intizamı qaydalarına əməl olunması üzrə müşahidə, nəzarət və yoxlama tədbirlərini həyata keçirir, müvafiq fəaliyyət istiqamətləri üzrə daxili audit yoxlamalarının və monitorinqlərinin həyata keçirilməsini təmin edir, Fondun fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə təkliflər verir.