ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamenti

Departament müdiri

Qasımova Fərəh Ələddin qızı

Elektron poçt ünvanı:

farah.gasimova@sosial.gov.az

1987-ci ildə Tovuz rayonunda anadan olub.

 

2008-ci ildə Bakı Slavyan Universitetinin Filologiya ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsini alıb.

 

2010-2017-ci illərdə Nazirlər Kabinetində, 2018-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

 

2021-ci ilin mart ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdir müavini, avqust ayından isə həmin departamentin müdiri vəzifəsində çalışır.

 

Rus, türk və ingilis dillərini bilir.

 

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamenti Fondun Aparatının struktur bölmələrinin və digər struktur bölmələrinin fəaliyyəti ilə bağlı kargüzarlıq, sənəd dövriyyəsi, vətəndaşların müraciətlərinə baxılması sahələrində işlərin təşkilinin və tənzimlənməsinin həyata keçirilməsini təmin  edir. Departament dövlət və yerli özünüidarəetmə orqanlarından, Nazirliyin və Fondun struktur bölmələrindən daxil olan sənədlərin, vətəndaşlardan daxil olan ərizə, şikayət və təkliflər barədə hesabatların hazırlanmasını həyata keçirir.