ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İctimaiyyətlə əlaqələr departamenti

Departament müdiri

Mehdili Rəşad Məhəmməd oğlu

Elektron poçt ünvanı:

rashad.mehdili@sosial.gov.az

1988-ci ildə Sumqayıt şəhərində anadan olub.

 

Azərbaycan Kooperasiya Universitetində İstehsal mallarının keyfiyyəti ekspertizası və Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisasları üzrə bakalavr dərəcəsi alıb.

 

2007-ci ildə AzTV-də jurnalist kimi fəaliyyətə başlayıb. “Xəbərlər” və “Səhər” proqramlarının aparıcısı, “Səhər” proqramları redaksiyasının baş redaktoru kimi fəaliyyət göstərib.  2015-ci ildən İTV-nin “Xəbərlər” və “Səhər” proqramlarının aparıcısı, “Səhər” proqramları departamentinin müdiri olub. “Azercell”, “Formula-1”, “Asan xidmət” könüllülərinə və digər qurumlara effektiv kommunikasiya üzrə təlimlər verib. 

 

2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiridir.

 

Rus, ingilis dillərini bilir.

 

İctimaiyyətlə əlaqələr departamenti Dövlət Sosial Müdafiə Fondunun PR strategiyasının formalaşdırılmasını, müraciət və sorğuların rəsmi cavablandırılmasını, Fondun fəaliyyət istiqamətləri üzrə hədəf qruplar ilə kommunikasiyanın idarəedilməsini təmin edir, Fondun sosial şəbəkələrdəki fəaliyyətini formalaşdırır, multimedia resurslarının idarə olunması sahəsində fəaliyyət planı hazırlayır, rəhbərliyin, digər vəzifəli şəxslərin KİV-də çıxışlarını, müsahibələrini, mətbuat konfranslarını, brifinqlərini, rəsmi, işgüzar xarakterli səfər və görüşlərini təşkil edir.