Strateji planlaşdırma və təhlil departamenti

Departament müdiri

Abdullayev Amin Razim oğlu

Elektron poçt ünvanı:

amin.r.abdullayev@sosial.gov.az

1994-cü ildə Tovuz rayonunda anadan olub.
 
2016-cı ildə Türkiyənin Marmara Universitetində Sığorta işi ixtisası üzrə bakalavr, 2022-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Sığorta işinin təşkili ixtisası üzrə magistr dərəcəsi alıb.
 
2018-2019-cu illərdə “NBCBank”da Risklərin idarə olunması departamentində iqtisadçı, aparıcı iqtisadçı, 2019-2021-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji təhlil departamentində mütəxəssis, 2021-2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda Strateji planlaşdırma və aktuar hesablamalar departamentində baş mütəxəssis, 2022-2025-ci illərdə isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentində analitik, böyük analitik vəzifələrində işləyib.
 
2025-ci ilin may-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

 
2025-ci ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fondunun Aparatının Strateji planlaşdırma və investisiyalar departamentinin müdiri təyin olunub.

 
İngilis və türk dillərini bilir.

 

Strateji planlaşdırma və təhlil departamenti Fondun Aparatının struktur bölməsi olmaqla, qurumun səlahiyyətləri çərçivəsində Fondun fəaliyyət istiqamətləri üzrə iqtisadi, maliyyə, sosial və demoqrafik təhlillərin aparılmasını, cari və gələcək öhdəliklərin qiymətləndirilməsini, sosial siyasət tədbirlərinin təsirlərinin təhlili və proqnozlaşdırılmasını həyata keçirir. Departament, həmçinin müvafiq hesablama və analitik yanaşmalar əsasında sosial siyasətlərin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsində, strateji planlaşdırma prosesində, habelə Fondun investisiya siyasətinin formalaşdırılması üzrə təkliflərin hazırlanmasında iştirak edir.