Müraciətlərə baxılması departamenti

Departament müdiri

Səfərov Rasim Akif oğlu

Elektron poçt ünvanı:

rasim.safarov@sosial.gov.az

1981-ci ildə anadan olub.

 

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bakalavr (fərqlənmə diplomu), sonra həmin universitetdə MBA (Master of Business Administration) proqramı çərçivəsində İqtisadiyyat və idarəetmə ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə diplomu) alıb.


ABŞ-nin “Dünya Ümidi Beynəlxalq Azərbaycan” Təşkilatının İngilis Dili Məktəbini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti”, BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə Statistika İnstitutunda (Yaponiya) dayanıqlı inkişaf sahəsində və ADA Universitetində “Statistik və ekonometrik təhlil və modelləşdirmə yolu ilə qərarların effektivliyinin yoxlanılması” mövzularında ixtisasartırma kurslarını bitirib.

 

Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsində layihələr üzrə koordinator vəzifəsindən başlayıb, 2005-2006-cı illərdə “SİQMA” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzində sosial-iqtisadi məsələlər üzrə tədqiqatçı-ekspert işləyib.

 

2006-2012-ci illərdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş məsləhətçi, sektor müdiri, 2012-2015-ci illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində layihə koordinatoru, 2016-2019-cu illərdə Dövlət Statistika Komitəsi Aparatının Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

Dövlət Statistika Komitəsində işlədiyi müddətdə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yanında Monitorinq və qiymətləndirmə üzrə İşçi qrupun rəhbəri, Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar statistik məsələlər üzrə milli ekspert qismində BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının İdarəetmə Qrupunun üzvü, BMT-nin Avropa İqtisadi Komissiyasının tərkibində yaradılmış Dayanıqlı İnkişaf Məqsədlərinə dair statistikanın əlaqələndirilməsi üzrə İşçi qrupun üzvü, Azərbaycanla bağlı statistikaya məsul şəxs olub. Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının yaradıcısı kimi onun fəaliyyətinin təşkili və idarə edilməsinə rəhbərlik edib.

 

2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Proqramının (UNAPF) Monitorinq və qiymətləndirmə üzrə İşçi qrupunun Azərbaycan Respublikası Hökuməti tərəfindən həmsədri olub.

 

2019-2020-ci illərdə Azərbaycan Texniki Universitetində rektorun dayanıqlı inkişaf, innovasiyalar və layihələr üzrə müşaviri, 2020-2026-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sosial ödənişlər departamentinin müdiri vəzifəsində çalışıb.


Hal-hazırda Fondun Aparatının Müraciətlərə baxılması departamentinin müdiridir.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Rus, ingilis dillərini bilir.

 

Müraciətlərə baxılması departamenti Fondun səlahiyyətləri çərçivəsində sosial sığorta, fərdi uçot, əmək pensiyaları, sosial müavinətlər, təqaüd və kompensasiyalar, habelə ünvanlı dövlət sosial yardımına aid vətəndaşlarla bağlı müraciətlərə və informasiya sorğularına baxılması sahəsində fəaliyyəti həyata keçirir. Eyni zamanda bu sahədə monitorinqlər və təhlillər aparır, fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflərlə çıxış edir.

Bayramova Rəfiqə Haley qızı

Elektron poçt ünvanı: rafiga.bayramova@sosial.gov.az

Şöbə müdiri:

Şöbə müdiri: Qənbərov Faiq Şahseyran oğlu

Şöbə müdiri: Abbasov Miralim Miramin oğlu

Şöbə müdiri: Nəbiyev Abbas Şəki oğlu

Şöbə müdiri: Fərzəliyeva Leyla Musa qızı