Elektron xidmətlərin inkişafı departamenti

Departament müdiri

Əkpərov Yusif Eyvaz oğlu

Elektron poçt ünvanı:

yusif.akparov@sosial.gov.az

1993-cü ildə anadan olub.

 

2011-2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İnformasiya texnologiyaları ixtisası üzrə ikinci ali təhsil alıb.

 

2011-ci ildə "AISTGROUP" MMC-də IT mütəxəssisi kimi əmək fəaliyyətinə başlayıb. Burada baş informasiya texnologiyaları mütəxəssisi, eləcə də layihə meneceri kimi fəaliyyət göstərib.

 

2020-ci ildən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatında müxtəlif rəhbər vəzifələrdə çalışıb – İnformasiya texnologiyaları departamentinin direktoru, həmin departamentin müdiri, DSMF-nin İdarə Heyəti sədrinin müşaviri kimi fəaliyyət göstərib.

 

2025-ci ilin may ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatının Elektron xidmətlərin inkişafı departamentinin müdiri vəzifəsinə təyin olunub.

 

Təhsil və iş fəaliyyəti müddətində bir sıra beynəlxalq konfranslarda və təlimlərdə iştirak edib.

 

İngilis və rus dillərini bilir.

 

Elektron xidmətlərin inkişafı departamenti Fondun fəaliyyəti üzrə hesabatların üzərində araşdırma, təhlil və optimallaşdırma işlərinin aparılmasını, Fondun Aparatının müvafiq departamentləri və aidiyyəti struktur bölmələri ilə birlikdə müvafiq sahədə xidmətlərin elektron qaydada göstərilməsi üçün informasiya sistemlərinin yaradılması ilə bağlı təkliflərin alınmasını, texniki tapşırıqların və funksional tələblərin hazırlanmasını, məlumatların təhlili, qorunması, innovativ layihələrin həyata keçirilməsini təmin edən struktur bölmədir.

Şöbə müdiri - Məhəmmədli Səbinə Rasim qızı