Pensiya və digər sosial ödənişlər üzrə təminat departamenti

Departament müdiri

İsmayılov Eyvaz Firqət oğlu

Elektron poçt ünvanı:

eyvaz.ismayilov@sosial.gov.az

İsmayılov Eyvaz Firqət oğlu

 

12 aprel 1970-ci ildə Gədəbəy rayonunun Turşsu kəndində anadan olub.

 

1987-ci ildə Gədəbəy rayonu Çayrəsullu kənd orta məktəbini əla qiymətlərlə başa vurub və həmin ildə də Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə (Azərbaycan dili bölməsi, əyani) qəbul olunub.

 

1988-1989-cu illərdə hərbi xidmət keçib və hərbi xidmətdən qayıtdıqdan sonra yenidən təhsilini davam etdirib.

 

1993-cü ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini Riyaziyyatçı ixtisası üzrə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində ikinci ali təhsil (distant) alıb və 2013-cü ildə maliyyəçi ixtisasına yiyələnib.

 

1993-cü ildən bu günədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

 

2012-ci ildən Dövlət Sosial Müdafiə Fondunun Aparatının Əmək pensiyaları şöbəsinin Əmək pensiyalarının təyinatının təşkili sektorunun müdiri kimi fəaliyyət göstərib.

 

2014-cü ildən Pensiya və müavinətlər şöbəsinin Pensiya və müavinətlərin təyinatının təşkili sektorunun müdiri vəzifəsində çalışıb.

 

2016-cı ildən Sosial ödənişlər departamentinin müdir müavini, Pensiya sektorunun müdiri olub.

 

2020-ci ildən Pensiya təminatı departamentinin müdiri, 2026-cı ilin yanvar ayından etibarən isə Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri vəzifəsində çalışır.

 

Eyvaz İsmayılov Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2022-ci il tarixli Sərəncamı ilə sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 

Ailəlidir, iki övladı var.


Pensiya və digər sosial ödənişlər üzrə təminat departamenti Fondun səlahiyyətləri çərçivəsində əmək pensiyalarının, sosial müavinətlərin, təqaüd və kompensasiyaların, habelə ünvanlı dövlət sosial yardımının təyin edilməsi və ödənişlərinin həyata keçirilməsi sahəsində fəaliyyəti təşkil edir, həmin ödənişlər üzrə rəy və təkliflər verir, təhlillər aparır.

Hacıyev Məhəmməd Afiq oğlu

Elektron poçt ünvanı: mahammad.hajiyev@sosial.gov.az

Şöbə müdiri: Aslanov Sahil Mansır oğlu

Şöbə müdiri: Məmmədov Turac Niyazi oğlu

Şöbə müdiri: Məmmədova Gülçöhrə Akif qızı