Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamenti

Departament müdiri

Qurbanov Fərhad Talıb oğlu

Elektron poçt ünvanı:

farhad.gurbanov@sosial.gov.az

Qurbanov Fərhad Talıb oğlu

 

1976-cı ildə Bakı şəhərində anadan olub.

 

19921997-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyatın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsi qazanıb.

 

1997-ci ildə NORD Elmi-İstehsalat Birliyində mühəndis-iqtisadçı kimi əmək fəaliyyətinə başlayıb, müxtəlif vəzifələrdə uğurlu fəaliyyət göstərib.

 

19972000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib, ehtiyatda olan zabitdir.

 

2001-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə çalışıb. 20012005-ci illərdə Suraxanı rayon şöbəsinin Gəlirlər sektorunda müfəttiş, 20052019-cu illərdə Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin Proqnoz, uçot və təhlil sektorunda aparıcı məsləhətçi, 20192020-ci illərdə Bakı şəhər İdarəsinin Sosial müavinətlər sektorunda aparıcı məsləhətçi, daha sonra Fondun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifəsində çalışıb.

 

20202025-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin Sosial sığorta şöbəsinin müdiri, 2026-cı ilin yanvar ayından etibarən Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdir müavini vəzifələrində fəaliyyətini davam etdirib.

 

2026-cı ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdiri vəzifəsinə təyin olunub.

 

Təhsil və iş fəaliyyəti dövründə bir sıra konfrans və təlimlərdə iştirak edib.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Rus və türk dillərini bilir.

 

Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamenti vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinin təmin edilməsinə, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsinə, onların etibarlı saxlanılmasına və mühafizəsinə, eləcə də sığortaolunanların məlumatlandırılması üzrə tədbirlər görməyə, sığorta-pensiya və dövlət icbari şəxsi sığorta sisteminin dayanıqlı və dinamik inkişafı məqsədilə tədbirlərin hazırlanması və işlərin təşkil olunması üçün müvafiq təkliflərin hazırlanaraq təqdim edilməsinə xidmət edir.