Strateji planlaşdırma və investisiyalar departamenti

Departament müdiri

Abdullayev Amin Razim oğlu

Elektron poçt ünvanı:

amin.r.abdullayev@sosial.gov.az

1994-cü ildə Tovuz rayonunda anadan olub.
 
2016-cı ildə Türkiyənin Marmara Universitetində Sığorta işi ixtisası üzrə bakalavr, 2022-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Sığorta işinin təşkili ixtisası üzrə magistr dərəcəsi alıb.
 
2018-2019-cu illərdə “NBCBank”da Risklərin idarə olunması departamentində iqtisadçı, aparıcı iqtisadçı, 2019-2021-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji təhlil departamentində mütəxəssis, 2021-2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda Strateji planlaşdırma və aktuar hesablamalar departamentində baş mütəxəssis, 2022-2025-ci illərdə isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentində analitik, böyük analitik vəzifələrində işləyib.
 
2025-ci ilin may-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

 
2025-ci ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fondunun Aparatının Strateji planlaşdırma və investisiyalar departamentinin müdiri təyin olunub.

 
İngilis və türk dillərini bilir.

 

Strateji planlaşdırma və investisiyalar departamenti Fondun Aparatının qurumun səlahiyyətləri daxilində Fonda dair iqtisadi və demoqrafik təhlillərin aparılması, Fondun cari və gələcək öhdəliklərinin qiymətləndirilməsi, sosial siyasətlərin təhlili, aktuar hesablamalarının aparılması və bu hesablamalar əsasında sosial siyasətlərin nəticələrinin proqnozlaşdırılması, onların icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi, habelə investisiya fəaliyyətinin həyata keçirilməsində iştirak edən struktur bölməsidir.

Mahmudlu Seymur Fəxrəddin oğlu

Elektron poçt ünvanı: 

Şöbə müdiri:

Şöbə müdiri: Gülməmmədov Elxan Zakir oğlu 

Şöbə müdiri: