Hüquq departamenti

Departament müdiri

Musayeva Ülviyyə Fərhad qızı

Elektron poçt ünvanı:

ulviyya.musayeva@sosial.gov.az

1988-ci ildə anadan olub.

2005-2009-cu illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2009-2012-ci illərdə həmin universitetdə Dövlət və hüquq nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr təhsilini tamamlayıb.

2016-cı ilin oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin Gəlirlər sektorunda baş məsləhətçi vəzifəsində işləməyə başlayıb.

2018-ci ilin noyabr ayından həmin İdarənin Hüquq və kadrlar sektorunda baş məsləhətçi kimi fəaliyyət göstərib.

2020-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Hüquq və daxili nəzarət departamentinin Hüquq məsələləri şöbəsində müdir vəzifəsini icra edib.

2021-ci ilin dekabr ayından həmin departamentin müdiri kimi fəaliyyətini davam etdirib.

2024-cü ilin avqust ayından Dövlət Sosial Müdafiə Fondunun Aparatının Hüquq departamentinin müdir müavini vəzifəsini icra edib.

2025-ci ilin 15 avqust tarixində həmin departamentin müdiri vəzifəsinə təyin olunub.

Təhsil və iş fəaliyyəti müddətində bir sıra beynəlxalq konfranslarda və təlimlərdə iştirak edib.

Hüquq departamenti Fondun Aparatının struktur bölmələri və digər struktur bölmələrinin fəaliyyəti ilə bağlı normativ hüquqi təminat, hüquqi təhlil və ekspertiza sahəsində işlərin təşkilini və həyata keçirilməsini təmin edir.

Bayramlı Qurban Arif oğlu

Elektron poçt ünvanı: qurban.bayramli@sosial.gov.az

Şöbə müdiri: Bəşirli Ziya Tahir oğlu 

Şöbə müdiri: Mahmudova Sevinc Kərim qızı