ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikası Prezidentinin təqaüdləri
Ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş, habelə dövlətimizin müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşımız mərdlik göstərərək şəhidlik zirvəsinə ucalmışdır.

Ölkəmizin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlər və rəşadət göstərmiş, habelə işğal olunmuş ərazilərimizin azad olunması zamanı döyüş əməliyyatlarında şəxsi qəhrəmanlığına görə fərqlənmiş şəxslər və onların ailə üzvlərinin sosial müdafiəsi daim dövlətin xüsusi qayğısı ilə əhatə olunur. Bununla əlaqadar olaraq “Vətən Müharibəsi Qəhrəmanı" adı, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adı verilmiş şəxslərə, şəhid ailəsinin üzvlərinə və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunmuşdur.

Ümumi və xüsusi səbəblərdən asılı olmayaraq əlilliyi olan bütün şəxslərin sosial təminatı onların hüquqlarının müdafiəsi sahəsində müəyyən olunmuş əsas vəzifələrdəndir. Bu baxımdan ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə olan şəxslərə, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunmuşdur.

Ölkəmizdən kənarda da tarixi qələbələrə töhfə vermiş xalqımızın qəhrəmanlıq ənənələrinin daşıyıcısı olan yaşlı nəslin nümayəndələri və onların ailələrinin də sosial qayğısı hər zaman dövlətin diqqətindədir. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər, habelə “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların valideynlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunmuşdur.

Ölkəmizin ictimi-siyası və sosial-mədəni həyatında xüsusi xidmətlərinə görə seçilən şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi və fəxri adlara görə təqüdləri təsis olunmuşdur. Bundan əlavə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə də Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Statistik məlumatlar

[chartId115,chartId116]