ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü
Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə xalqımızın cəsarətli oğul və qızları ağır sınaqlardan şərəflə keçərək, müasir tariximizin canlı qəhrəmanlıq salnaməsini yaratmışdır.

Xalqımızın mərd övladları bu çətin yolda yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərmiş, onların bir qismi müstəsna xidmətlərinə və igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həmin şəxslərin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilir, onların maddi və mənəvi ehtiyaclarının ödənilməsi üçün müntəzəm tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə 1800 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Bu təqaüd ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.

Təqaüd plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Təqaüd 2005-ci il avqustun 1-dən verilir.

Mənim təqaüdüm