Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə 2 200 (iki min iki yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Bu təqaüd ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.

Təqaüd plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.

Təqaüd 2021-ci il yanvarın 1-dən verilir.

Mənim təqaüdüm