Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərə şəhid adı verilir.
Aşağıda qeyd olunan şəxslər şəhidin ailə üzvləri hesab edilir:
- arvadı, əri;
- valideynləri;
- 18 yaşına çatmamış uşaqları;
- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
- peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində əyani təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək;
- uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri.