Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü
Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Müharibə veteranlarına döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçıları (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçular aid edilir. 

Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.

Təqaüd plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Təqaüd 2019-cu il aprelin 1-dən verilir.

Mənim təqaüdüm