Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Təqaüd plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Təqaüd alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) dayandırılır.
Təqaüd 2019-cu il aprelin 1-dən verilir.




