Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 200 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Təqaüd plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alanın əlilliyi dayandırıldıqda, vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Təqaüd bu kateqoriyadan olan sosial müavinət alan şəxslərə 2014-cü il aprelin 1-dən, əmək pensiyaçılarına isə 2019-cu il aprelin 1-dən verilir.
Statistik məlumatlar
[chartId356]