Fəxri adlara görə aylıq təqaüd
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Təqaüdün məbləği aşağıdakı kimidir:
- “Xalq” fəxri adı verilmiş şəxslərə 200 manat;
- “Əməkdar” fəxri adı verilmiş şəxslərə 150 manat.
Təqaüd plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Təqaüd 2005-ci il avqustun 1-dən verilir.
Statistik məlumatlar
[chartId150,chartId232]