20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə, eləcə də Azərbaycan Respublikasının bir sıra digər şəhər və rayonlarına yeridilərək, Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan xalqının suveren hüquqlarının bərqərar edilməsi üçün ayağa qalxmış dinc əhaliyə amansızcasına divan tutdu.

Sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı bu qanlı yanvar günündə tarixi ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi - 20 Yanvar günü xalqımızın qəhrəman övladları şəhid oldular.

1990-cı ilin yanvar ayında faciəli hadisələr zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi uğrunda şəhid olan qəhrəmanların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə hər şəhid ailəsinə hər şəhidə görə ayda 600 manat məbləğində Prezident təqaüdü verilir.

Təqaüd şəhidin ailə üzvlərinin sayına bərabər bölünməklə dövlət büdcəsindən verilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Təqaüd 2006-cı il yanvarın 1-dən verilir.

Mənim təqaüdüm
Statistik məlumatlar

[chartId131]