Vətəndaş dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə müraciət edə bilər.
Dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları;
-əcnəbilər (daimi yaşayış hüququ olan);
-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Dəfn üçün birdəfəlik müavinətin icrasını Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təmin edir.
Dəfn üçün birdəfəlik müavinətin icrasını təmin etmək üçün 10 gün (müavinətin təyinatından imtina ediləcəyi halda 5 gün) müddət tələb olunur.
Dəfn üçün birdəfəlik sosial müavinətin təyin edilməsi üçün tələb olunan sənədlər:
- müraciət edənin şəxsiyyət vəsiqəsi;
- vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti;
- dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı;
- dəfni təşkil edən şəxs barədə 2019-cu il martın 1-dək vəfat etmiş şəxslərə münasibətdə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı, 2019-cu il martın 1-dən sonra vəfat etmiş şəxslərə münasibətdə bələdiyyənin arayışı.
Dəfn üçün birdəfəlik sosial müavinətin məbləği 600 manat təşkil edir.
Fəxri adlara layiq görülmüş şəxslərə təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə əlilliyi müəyyən edilmiş şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə, o cümlədən elektron müraciəti, habelə şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə təqaüdün təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün təqaüdün icrasını Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri, DOST mərkəzləri və vahid əlaqələndirmə mərkəzləri təmin edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə tələb olunan sənədlər:
-müraciət edənin şəxsiyyət vəsiqəsi;
-əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış (əlillik barədə məlumatlar "Əlillik" altsistemində olduğu təqdirdə bu sənəd tələb olunmur).
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün təqaüdün məbləği:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 600 manat;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 manat;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 manat.
20 Yanvar şəhidi ailəsinə təqaüdün təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
20 Yanvar şəhidi ailəsinə təqaüdün icrasını Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri, DOST mərkəzləri və vahid əlaqələndirmə mərkəzləri təmin edir.
20 Yanvar şəhidinin ailəsi üçün təqaüdün təyin edilməsi dair tələb olunan sənədlər:
- müraciət edənin şəxsiyyət vəsiqəsi;
- “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti;
- 20 Yanvar şəhidinin ölüm haqqında şəhadətnaməsinin surəti;
- şəxslərin 20 Yanvar şəhidinin təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (20 Yanvar şəhidinin övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə 20 Yanvar şəhidinin doğum haqqında şəhadətnaməsinin, habelə 20 Yanvar şəhidinin vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti;
- 20 Yanvar şəhidinin dul arvadının (ərinin) şəhidlə nikahı haqqında şəhadətnamə;
- 20 Yanvar şəhidinin 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı;
- 20 Yanvar şəhidinin 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı.
20 Yanvar şəhidi ailəsinə təqaüdün məbləği 700 manat təşkil edir.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təqaüdün məbləği 330 manat təşkil edir.
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) təqaüdün məbləği 600 manat təşkil edir.
Keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə təqaüdün məbləği:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 600 manat;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 manat;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 manat.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir.Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə əlilliyi müəyyən edilmiş şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə, o cümlədən elektron müraciəti, habelə şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət etməlidir.
Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə təqaüdün təyin olunması üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə təqaüdün icrasını Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təmin edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə tələb olunan sənədlər:
-müraciət edənin şəxsiyyət vəsiqəsi;
-əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış (əlillik barədə məlumatlar "Əlillik" altsistemində olduğu təqdirdə bu sənəd tələb olunmur).
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə təqaüdün məbləği:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 600 manat;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 manat;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 manat.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə əlilliyi müəyyən edilmiş şəxs xidməti həyata keçirən struktur bölmələrə - DOST mərkəzlərinə və Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələrinə müraciət edə bilər.
Müraciət formaları:
-şəxsən;
-nümayəndə vasitəsilə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surətini təqdim etməklə.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə təqaüdün təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə əlilliyi müəyyən edilmiş şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə, o cümlədən elektron müraciəti, habelə şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə tələb olunan sənədlər:
-müraciət edənin şəxsiyyət vəsiqəsi;
-əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış (əlillik barədə məlumatlar "Əlillik" altsistemində olduğu təqdirdə bu sənəd tələb olunmur).
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə təqaüdün məbləği:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 600 manat;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 manat;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 manat.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə əlilliyi müəyyən edilmiş şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə, o cümlədən elektron müraciəti, habelə şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.
Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün icrasını Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri, DOST mərkəzləri və vahid əlaqələndirmə mərkəzləri təmin edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə tələb olunan sənədlər:
-müraciət edənin şəxsiyyət vəsiqəsi;
-əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış (əlillik barədə məlumatlar "Əlillik" altsistemində olduğu təqdirdə bu sənəd tələb olunmur).
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün məbləği:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 600 manat;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 manat;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 manat.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə müraciət edə bilər.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təyin edilməsi üçün müraciət etdikdə imtina əsası:
-müraciətin hüquqi əsasının olmaması.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təyin edir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər:
-müraciət edənin şəxsiyyət vəsiqəsi;
-sərəncamın surəti.
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1700 manat təşkil edir.
“Xalq” və “əməkdar” fəxri adlara görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə müraciət edə bilər.
“Xalq” və “əməkdar” fəxri adlara görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
“Xalq” və “əməkdar” fəxri adlara görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər:
-müraciət edənin şəxsiyyət vəsiqəsi;
-fəxri adla təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının və ya Sərəncamının surəti.
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
“Xalq” və “əməkdar” fəxri adlara görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təyin edir.
“Xalq” və “əməkdar” fəxri adlara görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği:
- "Xalq" fəxri adlara görə 300 manat;
- "Əməkdar" fəxri adlara görə 200 manat.
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər:
- müraciət edənin şəxsiyyət vəsiqəsi;
- “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının surəti;
- Azərbaycanın Milli Qəhrəmanının ölüm haqqında şəhadətnaməsinin surəti (həmin ad şəxsin ölümündən sonra verildikdə və ya şəxs sonradan vəfat etdikdə);
- şəxslərin Azərbaycanın Milli Qəhrəmanının təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (Azərbaycanın Milli Qəhrəmanının övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə Azərbaycanın Milli Qəhrəmanının doğum haqqında şəhadətnaməsinin, habelə Azərbaycanın Milli Qəhrəmanının vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti;
- vəfat etmiş Azərbaycanın Milli Qəhrəmanının dul arvadının (ərinin) Azərbaycanın Milli Qəhrəmanı ilə nikahı haqqında şəhadətnamə;
- Azərbaycanın Milli Qəhrəmanının 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı;
- Azərbaycanın Milli Qəhrəmanının 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı.
Azərbaycanın Milli Qəhrəmanının ailə üzvləri Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq üçün müraciət edərsə, tələb olunan sənədlər:
-Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının və ya Sərəncamının surəti;
-Azərbaycan Respublikasının Milli Qəhrəmanının ölüm haqqında şəhadətnaməsinin surəti;
-Təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin Azərbaycan Respublikasının Milli Qəhrəmanı ilə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti);
-Azərbaycanın Milli Qəhrəmanının dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı.
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün icrasını Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri, DOST mərkəzləri və vahid əlaqələndirmə mərkəzləri təmin edir.
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər:
-müraciət edənin şəxsiyyət vəsiqəsi;
-Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının və ya Sərəncamının surəti.
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə təyin edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 2 000 manat təşkil edir.
Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə müraciət edə bilər.
Qeyd: Vətən müharibəsi (44 günlük) iştirakçılarına bu təqaüd proaktiv qaydada təyin edilir.
Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyinatının icrasını Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri, DOST mərkəzləri və vahid əlaqələndirmə mərkəzləri təmin edir.
Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər:
-müraciət edənin şəxsiyyət vəsiqəsi;
-müharibə veteranı vəsiqəsinin surəti.
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
Qeyd: Vətən müharibəsi (44 günlük) iştirakçılarına bu təqaüd proaktiv qaydada təyin edilir.
Müharibə veteranlarına təyin edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 80 manat təşkil edir.
Şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə, o cümlədən şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edilməlidir.
Şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri, DOST mərkəzləri və vahid əlaqələndirmə mərkəzləri təyin edir.
Şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər:
-müraciət edənin şəxsiyyət vəsiqəsi;
-şəhid statusunu təsdiq edən sənədin surəti;
-şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti;
-təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin şəhidlə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti);
-şəhidin dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı.
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
Şəhid ailəsinə təyin edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 700 manat təşkil edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə əlilliyi müəyyən edilmiş şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə müraciət edə bilər.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyinatının icrasını Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri, DOST mərkəzləri və vahid əlaqələndirmə mərkəzləri təmin edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə tələb olunan sənədlər:
-müraciət edənin şəxsiyyət vəsiqəsi;
-əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış (əlillik barədə məlumatlar "Əlillik" altsistemində olduğu təqdirdə bu sənəd tələb olunmur).
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 250 manat təşkil edir.
Vətəndaşlar təqaüd ödəniş bank kartlarının hazır olub-olmaması və hardan götürülməsi ilə bağlı məlumatı "142" Çağrı mərkəzinə zəng vurmaqla, Dövlət Sosial Müdafiə Fonduna və yaşayış yeri üzrə Fondun yerli qurumuna və DOST mərkəzlərinə müraciət etməklə əldə edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələr tərəfindən də edilə bilər. Kartları isə DOST mərkəzlərindən və müvafiq bank filiallarından əldə edə bilərlər.
Xeyr. Əmək veteranlarına təqaüd ödənilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
Xeyr. Qanunvericilikdə bu halla bağlı təqaüdün ödənilməsi nəzərdə tutulmayıb.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə təyin edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 120 manat təşkil edir.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müraciətə 10 iş günü (təqaüdün təyinatından imtina edildiyi halda 5 iş günü) müddətində baxılır.
Əmək qabiliyyəti olmayan şəxslərin əhatə dairəsi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapıb:
-əlilliyi olan şəxslər;
-“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər;
-vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları.
Uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları;
-əcnəbilər (daimi yaşayış hüququ olan);
-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Hazırda bu müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir. Müavinət hər hansı səbəbdən proaktiv qaydada təyin edilmədiyi təqdirdə vətəndaşlar yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə zəruri sənədlərlə müraciət edə bilərlər:
- müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;
- əcnəbi və vətəndaşlığı olmayan şəxsdirsə, daimi yaşamaq üçün icazə vəsiqəsi;
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
- uşağın doğumu haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətin təyinatının icrasını DOST mərkəzləri, Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələri təmin edir.
Müraciət formaları:
-şəxsən;
-nümayəndə vasitəsilə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surətini təqdim etməklə.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətin təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları;
-əcnəbilər (daimi yaşayış hüququ olan);
-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri tərəfindən təyin edilir.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətin təyin edilməsi üçün tələb olunan sənədlər:
- müraciət edənin şəxsiyyət vəsiqəsi;
- şəxsin müddətli həqiqi hərbi xidmətdə olmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin arayışı;
- uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin surəti;
- nikah haqqında şəhadətnamənin və ya atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surəti.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına təyin edilən müavinətin məbləği hər uşağa 140 manat təşkil edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə əlilliyi müəyyən edilmiş şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə, o cümlədən elektron müraciəti, habelə şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyə görə müavinətin təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyə görə müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları;
-əcnəbilər (daimi yaşayış hüququ olan);
-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyə görə müavinəti Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri, DOST mərkəzləri və vahid əlaqələndirmə mərkəzləri təyin edir.
Hazırda bu müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən müavinət proaktiv qaydada təyin edilmədiyi təqdirdə tələb olunan sənədlər:
-müraciət edənin şəxsiyyət vəsiqəsi;
-əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış (əlillik barədə məlumatlar "Əlillik" altsistemində olduğu təqdirdə bu sənəd tələb olunmur).
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyə görə təyin edilən müavinətin məbləği:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 300 manat;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 250 manat;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 180 manat.
Dövlət qulluqçularına ömürlük müavinətin təyinatının icrasını DOST mərkəzləri və Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələri təmin edir.
Müraciət formaları:
-şəxsən;
-nümayəndə vasitəsilə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surətini təqdim etməklə.
Dövlət qulluqçularına ömürlük müavinətin təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Dövlət qulluqçularına ömürlük müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları.
Dövlət qulluqçularına ömürlük müavinəti Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələri və DOST mərkəzləri təyin edir.
Dövlət qulluqçularına ömürlük müavinətin təyin edilməsi üçün tələb olunan sənədlər:
- müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- dövlət qulluqçusunun dövlət məvacibi barədə dövlət orqanının arayışı;
- MEİS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti.
Dövlət qulluqçularına ömürlük müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq məvacibinin 15%-ni təşkil edir.
Özəlləşdirilən və ya idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə aylıq ödənc əvəzinə müavinətin təyinatının icrasını DOST mərkəzləri və Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələri təmin edir.
Müraciət formaları:
-şəxsən;
-nümayəndə vasitəsilə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surətini təqdim etməklə;
-özünəxidmət (elektron sistemlər) vasitəsilə.
Özəlləşdirilən və ya idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə aylıq ödənc əvəzinə müavinətin təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Özəlləşdirilən və ya idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə aylıq ödənc əvəzinə müavinəti Dövlət Sosial Müdafiə Fondunun müvafuq struktur bölmələri və DOST mərkəzləri təyin edir.
Özəlləşdirilən və ya idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə aylıq ödənc əvəzinə müavinətin təyin edilməsi üçün tələb olunan sənədlər:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq tərtib edilmiş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və ya peşə xəstəliyinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun arayışı və işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;
- aylıq ödəncin işəgötürən tərəfindən hansı tarixədək ödənilməsini təsdiq edən sənəd;
- həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi üçün işçinin ölüm haqqında şəhadətnaməsinin surəti;
- müavinəti almaq hüququ olan şəxslərin həlak olan işçi ilə qohumluğunu təsdiq edən sənədlərin (doğum, nikah, vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin) surəti.
On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq (himayəçi) təyin edilməsi rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən aşağıdakı formada aparılır:
-qəyyum olmaq istəyən şəxs ərizə ilə İcra Hakimiyyətinə müvafiq sənədlərlə birlikdə müraciət edir;
-İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanı qəyyumun təqdim etdiyi sənədləri yoxlayır, öz rəyi və yoxlama aktı ilə birlikdə qəyyum təyin edilməsi barədə İcra Hakimiyyəti başçısının sərəncamının layihəsini hazırlayır;
-İcra Hakimiyyətinin başçısı on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi barədə sərəncam imzalayır.
Özəlləşdirilən və ya idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə aylıq ödənc əvəzinə təyin edilən müavinətin məbləği:
-peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq);
-həlak olduqda – minimum aylıq əməkhaqqı məbləğində.
Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyinatının icrasını DOST mərkəzləri və Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələri təmin edir.
Müraciət formaları:
-şəxsən;
-nümayəndə vasitəsilə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surətini təqdim etməklə;
-özünəxidmət (elektron sistemlər) vasitəsilə.
Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsindən imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinət Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri tərəfindən təyin edilir.
Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün tələb olunan sənədlər:
- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti;
- şəxsin cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı;
- məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti.
Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə təyin edilən birdəfəlik sosial müavinətin məbləği 1600 manat (minimum əmək haqqının dörd misli) təşkil edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə müraciət edə bilər.
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik sosial müavinət üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik sosial müavinət üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları;
-əcnəbilər (daimi yaşayış hüququ olan);
-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik sosial müavinətin təyinatının icrasını Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təmin edir.
Hazırda bu müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən müavinət proaktiv qaydada təyin edilmədiyi təqdirdə tələb olunan sənədlər:
- müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün hər il birdəfəlik müavinətin təyin edilməsi üçün radiasiya qəzasının nəticələrinin ləğvi ilə əlaqədar cəlb olunmuş şəxslərin, habelə onların qəzadan sonra doğulmuş uşaqlarının əlilliyinin qəza ilə bağlı olmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi.
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik sosial müavinətin məbləği 300 manat təşkil edir.
Hazırda bu müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən müavinət proaktiv qaydada təyin edilmədiyi təqdirdə əlilliyi müəyyən edilmiş şəxs xidməti həyata keçirən struktur bölmələrə - DOST mərkəzlərinə və Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələrinə müraciət edə bilər.
Müraciət formaları:
-şəxsən;
-nümayəndə vasitəsilə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surətini təqdim etməklə.
Ümumi xəstəlik ilə əlaqədar əlilliyə görə müavinətin təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Ümumi xəstəlik ilə əlaqədar əlilliyə görə müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları;
-əcnəbilər (daimi yaşayış hüququ olan);
-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Ümumi xəstəlik ilə əlaqədar əlilliyə görə müavinəti Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təyin edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə tələb olunan sənədlər:
-şəxsiyyəti təsdiq edən sənəd;
-əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış (əlillik barədə məlumatlar "Əlillik" altsistemində olduğu təqdirdə bu sənəd tələb olunmur).
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
Ümumi xəstəlik ilə əlaqədar əlilliyə görə təyin edilən müavinətin məbləği:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 300 manat;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 250 manat;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 180 manat.
Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinətin təyinatının icrasını DOST mərkəzləri və Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələri təmin edir.
Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinətin təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
- sənədlərin natamamlığı;
- müraciətin hüquqi əsasının olmaması.
Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
- Azərbaycan Respublikasının vətəndaşları;
- əcnəbilər (daimi yaşayış hüququ olan);
- vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinəti Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təyin edir.
Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinətin təyin edilməsi üçün tələb olunan sənədlər:
- müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin surəti;
- qəyyumluğu (himayəçiliyi) təsdiq edən sənəd.
Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına təyin edilən müavinətin məbləği 140 manat təşkil edir.
Hazırda bu müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən müavinət proaktiv qaydada təyin edilmədiyi təqdirdə əlilliyi müəyyən edilmiş şəxs xidməti həyata keçirən struktur bölmələrə - DOST mərkəzlərinə və Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələrinə müraciət edə bilər.
Müraciət formaları:
-şəxsən;
-nümayəndə vasitəsilə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surətini təqdim etməklə;
-özünəxidmət (elektron sistemlər) vasitəsilə.
Yaşa görə müavinətin təyin edilməsindən imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Yaşa görə müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları;
-əcnəbilər (daimi yaşayış hüququ olan);
-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Yaşa görə müavinəti Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təyin edir.
Yaşa görə müavinətin məbləği 220 manat təşkil edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə müraciət edə bilər.
Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətin təyin edilməsindən imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları;
-əcnəbilər (daimi yaşayış hüququ olan);
-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinəti Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təyin edir.
Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə təyin edilən müavinətin məbləği 140 manat təşkil edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə müraciət edə bilər.
Vəfat etmiş şəxsin 8 yaşadək uşaqlarına baxan və işləməyən şəxsə ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Vəfat etmiş şəxsin 8 yaşadək uşaqlarına baxan və işləməyən şəxsə ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları;
-əcnəbilər (daimi yaşayış hüququ olan);
-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Vəfat etmiş şəxsin 8 yaşadək uşaqlarına baxan və işləməyən şəxsə ailə başçısını itirməyə görə müavinəti Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təyin edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə tələb olunan sənədlər:
-şəxsiyyəti təsdiq edən sənəd;
-ailə başçısının ölüm haqqında şəhadətnaməsi (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti);
-vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələri;
-şəxsin uşaqla və yaxud vəfat etmiş ailə başçısı ilə qohumluq əlaqəsini təsdiq edən sənəd (doğum haqqında, nikah haqqında şəhadətnamə).
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
Vəfat etmiş şəxsin 8 yaşadək uşaqlarına baxan və işləməyən şəxsə təyin edilən ailə başçısını itirməyə görə müavinətin məbləği 140 manat təşkil edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə müraciət edə bilər.
Vəfat etmiş şəxsin uşağına 18 yaşına çatanadək (əyani təhsil alanlara 23 yaşadək) ailə başçısını itirməyə görə müavinətin təyin edilməsindən imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Vəfat etmiş şəxsin uşağına 18 yaşına çatanadək (əyani təhsil alanlara 23 yaşadək) ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları;
-əcnəbilər (daimi yaşayış hüququ olan);
-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Vəfat etmiş şəxsin uşağına 18 yaşına çatanadək (əyani təhsil alanlara 23 yaşadək) ailə başçısını itirməyə görə müavinətin təyinatının icrasını Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təmin edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə tələb olunan sənədlər:
- müraciət edənin şəxsiyyət vəsiqəsi;
- ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;
- vəfat etmiş şəxsin uşağının (uşaqlarının) doğum haqqında şəhadətnaməsinin surəti;
- vəfat etmiş şəxsin 23 yaşınadək (18 yaşından yuxarı) övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı.
Vəfat etmiş şəxsin uşağına 18 yaşına çatanadək (əyani təhsil alanlara 23 yaşadək) təyin edilən ailə başçısını itirməyə görə müavinətin məbləği 140 manat təşkil edir.
Beşdən çox uşağı olan qadınlara müavinətin təyin edilməsi üçün şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə müraciət edə bilər.
Beşdən çox uşağı olan qadınlara müavinətin təyin edilməsindən imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Beşdən çox uşağı olan qadınlara müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları;
-əcnəbilər (daimi yaşayış hüququ olan);
-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Beşdən çox uşağı olan qadınlara müavinətin təyinatının icrasını Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təmin edir.
Beşdən çox uşağı olan qadınlara müavinətin təyin edilməsi üçün tələb olunan sənədlər:
- müraciət edənin şəxsiyyət vəsiqəsi (əcnəbinin və vətəndaşlığı olmayan şəxsin daimi yaşamaq üçün icazə vəsiqəsi);
- uşaqların doğum haqqında şəhadətnamələri.
Beşdən çox uşağı olan qadınlara təyin edilən müavinətin məbləği 140 manat (hər uşağa görə) təşkil edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya DOST mərkəzlərinə müraciət edə bilər.
Çernobıl əlillərinə müavinətin təyin edilməsindən imtina əsasları:
-sənədlərin natamamlığı;
-müraciətin hüquqi əsasının olmaması.
Çernobıl əlillərinə müavinətin təyin edilməsi üçün müraciət edə bilərlər:
-Azərbaycan Respublikasının vətəndaşları;
-əcnəbilər (daimi yaşayış hüququ olan);
-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Çernobıl əlillərinə müavinəti Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri və DOST mərkəzləri təyin edir.
Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə tələb olunan sənədlər:
-şəxsiyyəti təsdiq edən sənəd;
-əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış (əlillik barədə məlumatlar "Əlillik" altsistemində olduğu təqdirdə bu sənəd tələb olunmur).
Sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti.
Çernobıl əlillərinə təyin edilən müavinətin məbləği:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 300 manat;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 250 manat;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 180 manat.
Vətəndaşlar müavinətlər üzrə bank kartlarının hazır olub-olmaması və hardan götürülməsi ilə bağlı "142" Çağrı mərkəzi zəng vurmaqla, Dövlət Sosial Müdafiə Fonduna, yaşayış yeri üzrə Fondun şəhər (rayon) şöbələrinə və DOST mərkəzlərinə müraciət etməklə məlumat əldə edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələr tərəfindən də edilə bilər. Kartları DOST mərkəzlərindən və müvafiq bank filiallarından əldə edə bilərlər.
Ailə başçısını itirməyə görə müavinət təyin edilir:
-vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);
-vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə;
-vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.
Vətəndaş sosial müavinətin ödənişinin gecikməsi ilə bağlı Nazirliyin və Fondun rəsmi saytında, Nazirliyin və Fondun sosial şəbəkə hesablarında onlayn qaydada, yazılı birbaşa müraciət əsasında, Nazirliyin, DOST Agentliyinin, Fondun qəbul şöbələrinə yaxınlaşmaqla, "142" Çağrı mərkəzinə zəng vurmaqla, yaşayış yeri üzrə Fondun şəhər (rayon) şöbələrinə və DOST mərkəzlərinə müraciət etməklə şikayətini təqdim edə bilər. Müraciət onun adından bu məqsədlə vəkalət verilmiş nümayəndələr tərəfindən də edilə bilər.
Mövcud qanunvericiliyə əsasən, 65 yaşına çatmış kişilərin və yaş həddi 64 il 6 aya çatmış qadınların (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) əmək pensiyası hüququ olmadıqda və işləmədikdə onlara yaşa görə sosial müavinət təyin edilir.
Əliliyə görə müavinət əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir.
Valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, "Əmək pensiyaları haqqında " Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə uyğun olaraq, yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.
Mövcud qanunvericilikdə ümumi səbəblərdən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş əmək pensiyası hüququ olmayan şəxslərə 250 manat məbləğində aylıq sosial müavinət ödənilir. Bu əllilik səbəbi ilə əlavə təqaüd ödənilmir.
Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği:
- 01.01.2006-cı il tarixindən - 30 manat;
- 01.02.2007-ci il tarixindən - 35 manat;
- 01.09.2008-ci il tarixindən - 50 manat;
- 01.01.2010-cu il tarixindən - 75 manat;
- 01.12.2011-ci il tarixindən - 82,5 manat;
- 01.09.2013-ü il tarixindən - 90 manat;
- 01.02.2016-cı il tarixindən - 99 manat;
- 01.03.2018-ci il tarixindən - 109 manat;
- 01.04.2019-cu il tarixindən - 200 manat;
- 01.01.2022-ci il tarixindən - 300 manat;
- 01.01.2023-cü il tarixindən - 500 manat.
- 01.07.2025-ci il tarixindən - 600 manat.
"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, aşağıdakı aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər:
-dövlət qulluqçularına ömürlük müavinət;
-yaşa görə müavinət;
-əlilliyə görə müavinət;
-ailə başçısını itirməyə görə müavinət;
-beşdən çox uşağı olan qadınlara müavinət.
Xeyr. “Aktiv” statuslu VÖEN-i olanlara yaşa görə sosial müavinətin təyin olunmasından imtina edilir.
“Passiv” VÖEN-in ləğv edilmiş və ya dondurulmuş olması mahiyyət etibarilə eyni prosesdir. Şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması şəxsə yaşa görə sosial müavinətin təyin olunması üçün onun işləməməsi anlamına gəlir və həmin şəxsin yaşa görə sosial müavinət almaq hüququ yaranır.
2021-ci il yanvarın 1-dən ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2023-cü ilin yanvarın 1-dən 300 manatdır.
“Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə verilən Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün məbləği 2 200 manat təşkil edir.
Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bu təqaüdün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat müəyyən edilmişdir.
Həmin müavinətin ödənildiyi müddətdə qadının növbəti uşağının doğulması ilə əlaqədar müavinətin ödənişi sonuncu uşağın bir yaşına çatmasını gözləmədən, onun doğulduğu gündən yenidən hesablanmaqla davam etdirilir.
2021-ci il yanvarın 1-dən etibarən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Hazırda təqaüdün məbləği 300 manat təşkil edir.
Xeyr. Ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi üçün qəyyum və ya himayəçisi müraciət edə bilər.




