Əmək pensiyaları
Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləğini və dəfn üçün müavinəti kimlər ala bilər və bu müavinət nə qədərdir?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyasının məbləği onun notarial qaydada təsdiq olunmuş varisinə ödənilir. Bu Qanunun 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə dəfn üçün müavinət həmin şəxslərə ödənilir. 

Ümumi əsaslarla yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablanma aparıldıqdan sonra 6 il tamam olmadan işdən azad olunarsa, pensiyanın yenidən hesablanması necə aparılır?

Yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı 144-dən pensiyaçının işlədiyi aylar çıxılır və müvafiq dövr üzrə toplanmış kapital qalan ayların sayına bölünür.

Məsələn, vətəndaşa pensiya 01.01.2017-ci il tarixində təyin edilib, vətəndaş 01.03.2019-cu il tarixində, yəni 6 il tamam olmadan işdən çıxıb. Vətəndaşın 01.01.2017-01.03.2019-cu illərdəki kapitalı 90%-lə nəzərə alınmaqla 118-ə bölünəcək (144 ay – 26 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı = 118). 

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablanma aparıldıqdan sonra 6 il tamam olmadan işdən azad olunarsa, pensiyanın yenidən hesablanması necə aparılır?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan mətninə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı Qanunla müəyyən edilmiş pensiya yaşı ilə şəxsin faktiki yaşı arasındakı fərq (ayların sayı) 144-ün üzərinə əlavə edilir, vətəndaşın işlədiyi aylar həmin cəmdən çıxılır və müvafiq dövr üzrə toplanmış kapital həmin əmsala bölünür.

Məsələ 1. Vətəndaş 01.03.2019-cu il tarixində 57 yaşında güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxıb, 01.08.2022-ci ildə isə işdən çıxıb. Vətəndaşın 01.03.2019-01.08.2022-ci illərdəki kapitalı (90%-lə) nəzərə alınmaqla 158-ə bölünməlidir ((144 ay + 55 ay (65 yaş - 60 yaş 5 ay) - 41 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı = 158).

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixindən sonra qüvvədə olan mətninə əsasən, həmin tarixdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanan şəxslərin pensiyasının sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı 144-dən vətəndaşın işlədiyi aylar çıxılır və müvafiq dövr üzrə toplanmış kapital qalan ayların sayına bölünür.

Məsələ 2. Vətəndaş 01.03.2023-cü il tarixində 60 yaşında güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxıb, 01.08.2025-ci ildə isə işdən çıxıb. Vətəndaşın 01.03.2023-01.08.2025-ci illərdəki kapitalı (90%-lə) nəzərə alınmaqla 115-ə bölünməlidir ((144 ay - 29 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı = 115).

Ümumi əsaslarla yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablanma aparıldıqdan sonra 6 il tamam olub və hazırda işləyirsə, pensiya necə hesablanır?

Ümumi əsaslarla yaşa görə pensiyanın hesablanmasında 144-dən şəxsin işlədiyi aylar çıxılır və onun pensiyaya çıxdıqdan sonrakı kapitalı 72 aya bölünür.

Məsələn, şəxsə pensiya 01.01.2016-cı il tarixində təyin edilib, 01.01.2022-ci il tarixində 6 illiyə görə yenidən hesablanır. Şəxsin 01.01.2016-01.01.2022-ci il tarixləri arasında toplanan kapitalı 90%-lə nəzərə alınmaqla 72-yə bölünəcək və şəxs işləməkdə davam edirsə, onun pensiyasının növbəti dəfə 6 illiyə və ya işdən azad olunmağa görə yenidən hesablanması 01.01.2022-ci il tarixindən sonra toplanmış kapitalının 72-yə bölünməsi ilə həyata keçirilir.

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablanma aparıldıqdan sonra 6 il tamam olub və hazırda işləyirsə, pensiya necə hesablanır?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixindən sonra qüvvədə olan mətninə əsasən, şəxs güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il işləyib və işləməkdə davam edirsə, onun sonradan işlədiyi və yenidən hesablanma aparılmamış sonuncu dövr üzrə toplanmış kapitalı 90%-lə nəzərə alınmaqla 72 aya bölünməklə yenidən hesablanmalıdır.

Əlilliyə görə pensiyada 6 illiyə görə yenidən hesablanma aparılmalıdırmı?

Xeyr. Əlilliyə görə əmək pensiyasının yenidən hesablanması vətəndaş işdən azad olunduqdan sonra aparılır.

Əlilliyə görə əmək pensiyası təyin edilərkən iş stajının hesablanma qaydası necədir?

Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.

Əlilliyə görə əmək pensiyası təyin edilərkən tələb olunan sığorta stajının hesablanması qaydası  aşağıdakı misal ilə təqdim olunur:

Misal: 40 yaşlı sığortaolunan şəxsin 15 iyul 2023-cü il tarixində orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə əlilliyi müəyyən olunub və onun 16 il sığorta stajı var. Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 40 yaşlı sığortaolunanın tələb olunan 8 il 4 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (40 yaş - 15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 25 il) x 4 ay = 100 ay / 12 = 8 il 4 ay) sığorta stajı olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüququ yaranır.

Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri hansılardır?

Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz.

Qulluq stajına görə əlavə alan şəxs (dövlət qulluğuna görə) ümumi əsaslarla əmək pensiyasına necə keçə bilər?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusu kimi qulluq stajına görə əlavə hesablanmış pensiyanın məbləği ümumi əsaslarla hesablanmış pensiya məbləğindən az təşkil etdikdə şəxsə ümumi əsaslarla pensiya təyinatı həyata keçirilir.

Dövlət qulluğuna və xüsusi rütbələrə görə pensiyanın hesablanma qaydası hansı formada aparılır?

Dövlət qulluğuna və ya xüsusi rütbələrə görə pensiya alan şəxslərin pensiyaları işlədikləri və ya xidmət etdikləri dövr üzrə əməkhaqqına, dövlət məvacibinə, təminat xərcliyinə əsasən onların qulluq stajlarına və xidmət müddətlərinə uyğun olaraq hesablanır.

Əmək pensiyaları hansı əsasla indeksləşdirilir?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Şəxslərə dövlət qulluğuna görə pensiya təyinatı necə aparılır?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxsin «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş azı 15 il dövlət qulluğu stajı olan Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) əmək pensiyasının üzərinə qulluq stajına görə əlavə almaq hüququ var.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:

-dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında;

-dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

Xüsusi hesab nədir?

Xüsusi hesab əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır.

Ailə başçısını itirməyə görə pensiyanın hesablanma qaydası necədir?

Vəfat etmiş və ya həlak olmuş ailə başçısının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

Ailə başçısını itirməyə görə əmək pensiyası onun ailə üzvlərinə ailə başçısının ölüm gününədək ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir.

Misal: 27 iyun 2022-ci il tarixində vəfat etmiş 46 yaşlı sığortaolunan şəxsin 12 il 4 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 29200 manat pensiya kapitalı var. Onun ailə üzvü  ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün müraciət edib. Onlara əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısının 10 il 4 ay (46 yaş - 15 yaş = 31) x 4 ay = 124 ay = 10 il 4 ay) sığorta stajı tələb olunur. Onun 12 il 4 ay sığorta stajı olduğu üçün ailəsinin əmək qabiliyyəti olmayan üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Ailə başçısını itirməyə görə pensiya əlilliyə görə pensiya kimi hesablanır. İlk növbədə tələb edilən sığorta stajına mütənasib olaraq sığorta davamiyyəti əmsalı hesablanır: 124 ay : 200 = 0,62. Sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi aylarının sayına (144-ə) vurulur (0,62 x 144 = 89,28) və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin ədədə bölünməklə ailə üzvünə 327,06 manat (29200 : 89,28 = 327,06 manat) olmaqla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilir.

Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciətlərə baxılması qaydası necədir?

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə müraciətdə qeyd olunmuş əlaqə vasitələrindən birinə onun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində adıçəkilən Qaydaya 4 nömrəli Əlavə ilə müəyyən edilmiş formada həmin çatışmazlıqların aradan qaldırılması müddəti göstərilməklə sözügedən Qaydaya uyğun olaraq bu barədə bildiriş göndərilir. Bu zaman pensiyanın təyin edilməsi ilə bağlı müddət axımı dayanır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətdə qeyd olunmuş ünvana poçt vasitəsilə, yaxud Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) olan əlaqə vasitələrindən (elektron poçt ünvanı və ya sms vasitəsilə) birinə məlumat göndərilməsi şərtilə müraciət edən şəxsin əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı müraciətinə yenidən baxılır, həmin Qaydanın 5-ci hissəsinə uyğun olaraq, hüququnun yarandığı tarixdən pensiya təyin edilir.

Şəxsə əmək pensiyası təyin olunmasından imtinaya əsas olmadıqda sənədlər Fonda və ya istənilən DOST mərkəzinə daxil olduğu tarixdən 10 (on) gün müddətində Fond tərəfindən əmək pensiyasının təyin edilməsi haqqında sözügedən Qaydaya 5 nömrəli Əlavə ilə müəyyən edilmiş formada qərar qəbul edilir və bu barədə şəxsin müraciətində qeyd olunmuş ünvanına poçt vasitəsilə, yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) həmin Qaydaya 12 nömrəli Əlavə ilə müəyyən edilmiş formada bildiriş göndərilir.

Müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə 5 (beş) gün müddətində Fond imtinanın səbəbləri göstərilməklə adıçəkilən Qaydaya 11 nömrəli Əlavə ilə müəyyən edilmiş formada qərar qəbul edir və bu barədə müraciətdə qeyd olunmuş əlaqə vasitələrindən birinə həmin Qaydaya 6 nömrəli Əlavə ilə müəyyən edilmiş formada bildiriş göndərir.

Pensiya yaşı tamam olmuş şəxsə avtomatlaşdırılmış qaydada (proaktiv) pensiya təyinatı aparılmadığı təqdirdə həmin şəxs hara müraciət etməlidir?

Şəxs aşağıda qeyd olunan sənədlərlə əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün Fondun istənilən yerli struktur bölməsinə və ya istənilən DOST mərkəzinə müraciət edə bilər:

-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);

-sığorta stajını təsdiq edən sənəd;

-əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Vətəndaş pensiya təyin olunduqdan sonra 6 il işləməsinə baxmayaraq pensiyanın yenidən hesablanması ilə bağlı müraciət edə bilərmi?

Yaşa görə əmək pensiyası təyin edilmiş şəxsin pensiyası pensiya təyin edildikdən sonra 6 il işlədikdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada (37.3.2-1-ci maddəsində göstərilənlər istisna olunmaqla) yenidən hesablanır.

Vətəndaş pensiya ödənişi kartının hazır olub-olmaması, hazır olduğu təqdirdə haradan əldə edilməsi ilə bağlı məlumatı necə əldə edə bilər?

Müvafiq məlumatın əldə edilməsi üçün "142" Çağrı mərkəzinə, pensiya ödənişi kartının əldə edilməsi üçün DOST mərkəzinə və ya aidiyyəti müvafiq bankın filiallarına müraciət edə bilər.

Pensiya ödənişinin gecikməsi ilə bağlı vətəndaş hara şikayət edə bilər?

Vətəndaşlar Nazirliyin və Fondun rəsmi saytından onlayn qaydada, Nazirliyin və Fondun sosial şəbəkə hesabları vasitəsilə və ya yazılı müraciət əsasında Nazirliyin və ya Fondun qəbul şöbələrinə yaxınlaşmaqla, “142” Çağrı mərkəzinə zəng vurmaqla və istənilən DOST mərkəzinə müraciət etməklə şikayət edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələr tərəfindən də edilə bilər.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə elektron informasiya sistemlərində müvafiq məlumatlar olduğu təqdirdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilir.

Avtomatlaşdırılmış təyinatın əhatəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar müvafiq sənədlərlə şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına müraciət edə bilərlər.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilər yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdikdə hansı halda imtina edilir?

Qeyd olunan şəxslərə aşağıdakı hallardan biri mövcud olduqda imtina edilir:

-qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmadıqda;

-25 il sığorta stajına və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadıqda;

-valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar səkkiz yaşından sonra övladlığa və qəyyumluğa götürüldükdə;

-uşaqlar səkkiz yaşınadək vəfat etdikdə;

- qadın vəfat etmədiyi halda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilmədiyi halda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edilmədiyi və ya nikaha xitam verilmədiyi halda.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərə yaşa görə əmək pensiyasının icrasını təmin edən qurumlar hansılardır?

Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının təyinatı və ödənişi Fondun mərkəzi filialları tərəfindən həyata keçirilir.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərə yaşa görə əmək pensiyasının icrasını təmin etmək üçün nə qədər müddət tələb olunur?

Əmək pensiyasının təyin edilməsi üçün sənədlərə daxil olduğu gündən ən geci 10 gün müddətinə baxılır.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sənədlər və onların təqdimetmə forması hansılardır?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə elektron hökumət portalında müvafiq məlumatlar olduğu təqdirdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilir.

Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə aşağıda qeyd olunan sənədlərlə istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına müraciət edə bilərlər.

Tələb olunan sənədlər:

-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);

-uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti;

-uşağın əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış; 

-övladlığa götürənlərə münasibətdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının, qəyyumlara münasibətdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üzərində qəyyumluq müəyyən edilməsi barədə müvafiq qərarın surəti;

-qadın valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi, habelə qadının xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;

-qadının ölüm haqqında şəhadətnaməsinin surəti;

-sığorta stajını təsdiq edən sənəd.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün istənilən DOST mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilərlər.

Müraciət formaları:

-şəxsən;

-nümayəndə vasitəsilə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara yaşa görə əmək pensiyasının alınması üçün müraciət etdikdə hansı halda imtina edilir?

Qeyd edilən şəxslərə aşağıdakı hallardan biri mövcud olduqda imtina edilir:

-qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmadıqda;

-25 il sığorta stajına və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadıqda;

-valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar səkkiz yaşından sonra övladlığa və qəyyumluğa götürüldükdə;

-uşaqlar səkkiz yaşınadək vəfat etdikdə.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara yaşa görə əmək pensiyası hansı şərtlərlə təyin edilir?

Qeyd edilən şəxslərə aşağıdakı hallarda yaşa görə əmək pensiyası təyin edilir:

-qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatdıqda;

-25 il sığorta stajına və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olduqda;

 -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə;

-valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar səkkiz yaşınadək övladlığa və qəyyumluğa götürüldükdə;

-uşaqlar səkkiz yaşınadək sağ olduqda.

Yuxarıda qeyd edilən kateqoriyadan olan şəxslər həmin növ pensiya hüququ olduqda şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsilə müraciət edə bilərlər.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara yaşa görə əmək pensiyasının icrasını təmin edən qurumlar hansılardır?

Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının təyinatı və ödənişi Fondun mərkəzi filialları tərəfindən həyata keçirilir.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara yaşa görə əmək pensiyasının icrasını təmin etmək üçün nə qədər müddət tələb olunur?

Əmək pensiyasının təyin edilməsi üçün müraciətə daxil olduğu gündən ən geci 10 gün müddətinə baxılır.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sənədlər və onların təqdimetmə forması hansılardır?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə elektron informasiya sistemində müvafiq məlumatlar olduğu təqdirdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilir.

Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsilə aşağıda qeyd olunan sənədlərlə istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına müraciət edə bilərlər:

-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);

-sığorta stajını təsdiq edən sənəd;

-uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri (vəfat edibsə, ölüm haqqında şəhadətnamə);

- uşağın əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış;

-övladlığa götürənlərə münasibətdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qəyyumlara münasibətdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üzərində qəyyumluq müəyyən edilməsi barədə müvafiq qərarın surəti.

Əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların elektron informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə müraciət etmək olar.

Ailə başçısının itirilməsinə görə pensiyanın təyin olunması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış əmək pensiyaçısı olmayan vəfat etmiş şəxslərin ailə başşısı itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinə elektron informasiya sistemində müvafiq məlumatlar olduğu halda Qanunun 17.1-ci maddəsində göstərilən şərtlər ödənildiyi təqdirdə avtomatlaşdırılmış qaydada təyin edilir.

Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar müvafiq sənədlərlə istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına müraciət edə bilərlər.

Ailə başçısının itirilməsinə görə pensiyanın təyin olunması üçün müraciət etdikdə hansı halda imtina olunur?

Ailə başçısının itirilməsinə görə pensiyanın təyin olunması üçün müraciətə aşağıdakı hallarda imtina verilir:

-sənədlərin natamamlığı;

-şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada hüququ olmadıqda.

Ailə başçısının itirilməsinə görə pensiyanın təyin olunması üçün kimlər müraciət edə bilər?

Ailə başçısının itirilməsinə görə pensiyanın təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 14-cü maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvləri müraciət edə bilərlər:

 -18 yaşına çatmamış övladları;

 -18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

 -təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək);

 -Qanunun 7-ci maddəsinə uyğun olaraq, pensiya yaşına (hazırda qadınlar üçün 64 yaş) çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə;

 -vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı.

Ailə başçısının itirilməsinə görə pensiyanın icrasını təmin edən qurumlar hansılardır?

Ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyinatı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə və Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialları tərəfindən həyata keçirilir. 

Ailə başçısının itirilməsinə görə pensiyanın icrasını təmin etmək üçün nə qədər müddət tələb olunur?

Əmək pensiyasının təyin edilməsi üçün sənədlərə daxil olduğu gündən ən geci 10 gün müddətinə baxılır.

Ailə başçısının itirilməsinə görə pensiyanın təyin olunması üçün tələb olunan sənədlər və onların təqdimetmə forması hansılardır?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış əmək pensiyaçısı olmayan vəfat etmiş şəxslərin ailə başçısı itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinə elektron informasiya sistemində müvafiq məlumatlar olduğu təqdirdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilir.

Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına aşağıda qeyd olunan sənədlərlə müraciət edə bilərlər:

-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);

-vəfat etmiş ailə başçısının övladının (övladlarının) doğum haqqında şəhadətnaməsinin surəti;

-ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;

-ailə başçısının 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı;

-vəfat etmiş ailə başçısının 18 yaşına çatanadək əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunun) müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladının (övladlarının), habelə atasının, anasının, arvadının, ərinin orqanizmin funksiyalarının 61-100 faiz pozulması ilə bağlı (I və ya II dərəcə) əlilliyinin olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarış;

-ailə başçısının dul arvadının (ərinin) yeni nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

-vəfat edənin sığorta stajını təsdiq edən sənəd.

Azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə hansı halda imtina edilir?

Qeyd edilən şəxslərə aşağıdakı hallardan biri mövcud olduqda imtina edilir:

-qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmadıqda;

-25 il sığorta stajına və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadıqda;

-sənədlər natamam olduqda.

Azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyasının təyin olunması üçün kimlər müraciət edə bilər?

Müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin müraciətlərinə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq baxılır. Əmək pensiyalarının və sosial müavinətlərin təyin edilməsi məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər barədə məlumatlar həmin şəxslərin cəzaçəkmə müəssisəsinə qəbul edildiyi gündən 10 gün müddətinə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən Fonda ötürülür və həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir:

-məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix;

-cəzaçəkmə müddəti;

-cəzaçəkmə müddətinin başlandığı və bitəcəyi tarix;

-cəza çəkilmə yeri;

-məhkumun şəxsi hesabının nömrəsi;

-məhkumun yerdəyişmələri haqqında məlumat.

Onların etibarnamə üzrə səlahiyyətli nümayəndələri tərəfindən də müraciət edilə bilər.

Azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyasının icrasını təmin edən qurumlar hansılardır?

Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının təyinatı və ödənişi Fondun mərkəzi filialları tərəfindən həyata keçirilir.

Azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyasının icrasını təmin etmək üçün nə qədər müddət tələb olunur?

Əmək pensiyasının təyin edilməsi üçün sənədlərə daxil olduğu gündən ən geci 10 gün müddətinə baxılır.

Azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyasının təyin olunması üçün tələb olunan sənədlər və onların təqdimetmə forması hansılardır?

Azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyasının təyin olunması üçün tələb olunan sənədlər və onların təqdimetmə forması:

-şəxsiyyət vəsiqəsinin surəti;

-məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix;

-cəzaçəkmə müddəti;

-cəzaçəkmə müddətinin başlandığı və bitəcəyi tarix;

-cəzaçəkmə yeri;

-məhkumun şəxsi hesabının nömrəsi;

-məhkumun yerdəyişmələri haqqında məlumat;

-sığorta stajını təsdiq edən sənəd (əsli və notarial təsdiq edilmiş surəti).

Sənədlər cəzaçəkmə müəssisəsi tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülür.

Əlilliyə görə əmək pensiyasının təyin olunması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası  Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə elektron informasiya sistemində müvafiq məlumatlar olduğu halda Qanunun 12.1-ci maddəsində göstərilən şərtlər ödənildiyi təqdirdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilir. 

Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən şəxslər müvafiq sənədlərlə istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına müraciət edə bilərlər.

Əlilliyə görə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə hansı halda imtina edilir?

Qeyd edilən şəxslərə aşağıdakı hallarda imtina edilir:

-əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olduqda;

-əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmadıqda;

-orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmadıqda;

-sənədlər natamam olduqda.

Əlilliyə görə əmək pensiyasının təyin olunması üçün kimlər müraciət edə bilər?

Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişi əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsilə həyata keçirilir.

Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, həmçinin onların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə təyin edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə, həmçinin orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilir.

Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə müvafiq sənədlərlə istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına müraciət edə bilərlər.

Əlilliyə görə əmək pensiyasının təyin olunması prosesinin icrasını təmin edən qurumlar hansılardır?

Əlilliyə görə əmək pensiyasının təyinatı və ödənişi Fondun mərkəzi filialları tərəfindən həyata keçirilir.

Əlilliyə görə əmək pensiyasının icrasını təmin etmək üçün nə qədər müddət tələb olunur?

Əmək pensiyasının təyin edilməsi üçün sənədlərə daxil olduğu gündən ən geci 10 gün müddətinə baxılır.

Əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sənədlər və onların təqdimetmə forması hansılardır?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası  Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə elektron informasiya sistemində müvafiq məlumatlar olduğu təqdirdə Qanunun 12.1-ci maddəsində göstərilən şərtlər ödənildiyi təqdirdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilir. 

Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına aşağıdakı sənədləri təqdim etməklə müraciət edə bilərlər:

-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);

-şəxsin əlilliyini müəyyən edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış;

- sığorta stajını təsdiq edən sənəd.

Əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların elektron informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə müraciət edilə bilər.

Əmək pensiyasının təyin olunması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Avtomatlaşdırılmış təyinatın əhatəsinə düşməyən şəxslər müvafiq sənədlərlə istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə müraciət edə bilərlər.

Yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə hansı halda imtina olunur?

Yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə aşağıdakı hallardan biri mövcud olduqda imtina edilir:

- qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmadıqda;

-25 il sığorta stajına və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadıqda;

-tələb edilən sənədlər natamam olduqda.

Əmək pensiyasının təyin olunması üçün kimlər müraciət edə bilər?

Əmək pensiyasının təyin olunması üçün aşağıdakı şəxslər müraciət edə bilərlər:

-Azərbaycan Respublikasının vətəndaşları;

-əcnəbilər (daimi yaşayış hüququ olan);

-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).

Əmək pensiyasının təyin edilməsini həyata keçirən qurumlar hansılardır?

Əmək pensiyasının təyin edilməsi Fondun Sosial Ödənişlərin Təyinatı üzrə və Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialları tərəfindən həyata keçirilir.

Əmək pensiyasının təyin edilməsi üçün nə qədər müddət tələb olunur?

Əmək pensiyasının təyin edilməsi üçün sənədlərə daxil olduğu gündən ən geci 10 gün müddətinə baxılır.

Əvvəllər təyin edilmiş əmək pensiyasının alınması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Əvvəllər təyin edilmiş alınmamış əmək pensiyasının məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilir və ötən dövr üçün alınmamış pensiyanın məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilir.

Vətəndaş şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə Fondun yerli orqanlarına və ya istənilən DOST mərkəzinə müraciət edilə bilər.

Əvvəllər təyin edilmiş əmək pensiyasının alınması üçün müraciət etdikdə hansı halda imtina olunur?

Əvvəllər təyin edilmiş əmək pensiyasının alınması üçün müraciət etdikdə müraciət olunan tarixdən əvvəlki dövrün üç ili üçün alınmamış vəsait olmadıqda imtina edilir.

Əvvəllər təyin edilmiş əmək pensiyasının alınması üçün kimlər müraciət edə bilər?

Əvvəllər təyin edilmiş əmək pensiyasının alınması üçün aşağıdakı şəxslər müraciət edə bilərlər: 

-Azərbaycan Respublikasının vətəndaşları;

-əcnəbilər (daimi yaşayış hüququ olan);

-vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).

Əvvəllər təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını təmin edən qurumlar hansılardır?

Əmək pensiyasının yenidən hesablanması avtomatlaşdırılmış qaydada və ya Fondun Sosial Ödənişlərin Təyinatı üzrə və Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialları tərəfindən həyata keçirilir.

Əvvəllər təyin edilmiş əmək pensiyasının icrasını təmin etmək üçün müraciətə nə qədər müddətə baxılır?

Əvvəllər təyin edilmiş əmək pensiyasının icrasını təmin etmək üçün müraciətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müddətə baxılır. Sözügedən Qanunun 10.1.-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Əvvəllər təyin edilmiş əmək pensiyasının alınması üçün tələb olunan sənədlər və onların təqdimetmə forması hansılardır?

Əvvəllər təyin edilmiş əmək pensiyasının alınması üçün tələb olunan sənədlər:

-şəxsiyyəti təsdiq edən sənəd:

-ərizə.

Sənədlərin təqdimetmə forması:

-şəxsən;

-etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə.

Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Qeyd olunan kateqoriyadan olan şəxslərə əmək pensiyasının təyinatı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir.

Vətəndaşlar şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə müraciət edilə bilərlər.

Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə hansı halda imtina olunur?

Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə aşağıdakı hallardan biri mövcud olduqda imtina olunur:

-qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmadıqda;

-25 il ümumi sığorta stajına və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadıqda;

-əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə  qanunvericiliklə müəyyən edilmiş xüsusi sığorta stajına malik olmadıqda;

-sənədləri natamam olduqda.

Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün kimlər müraciət edə bilər?

Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı göstəriciləri olan şəxslər müraciət edə bilərlər:

-qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatdıqda;

-25 il ümumi sığorta stajına və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olduqda;

-əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qanunvericiliklə müəyyən edilmiş xüsusi sığorta stajı olduqda.

Güzəştli şərtlərlə əmək pensiyasının icrasını təmin edən qurumlar hansılardır?

Güzəştli şərtlərlə əmək pensiyasının icrasını Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı təmin edir.

Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sənədlər və onların təqdimetmə forması hansılardır?

Güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün tələb olunan sənədlər:

-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);

-ümumi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, şəxsin həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.);

-yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair arayış;

-ərizə.

Vətəndaşlar şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə müraciət edilə bilərlər.

Hərbçilərə və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin olunması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Hərbi qulluqçulara və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır.

Hərbçilərə və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə hansı halda imtina olunur?

Hərbçilərə və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə imtina səbəbləri:

-əmək pensiyasının təyin olunmasından təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar xidmət keçdiyi orqan tərəfindən təqdim olunmadıqda;

-sənədlər natamam olduqda.

Hərbçilərə və xüsusi rütbəli şəxslərə əmək pensiyasını hansı qurum təyin edir?

Hərbçilərə və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyinatı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir.

Hərbçilərə və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədlər və onların təqdimetmə forması hansılardır?

Hərbi qulluqçulara və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır.

Əlilliyi müəyyən edilmiş uşağı olan (8 yaşınadək sağ olması şərtilə) qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

“Əmək pensiyaları haqqında Qanunun 22.1-1-ci maddəsinə uyğun olaraq 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə elektron informasiya sistemlərində müvafiq məlumatlar olduğu təqdirdə  avtomatlaşdırılmış qaydada pensiya təyin edilir.

Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar müvafiq sənədlərlə şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına müraciət edə bilərlər.

Əlilliyi müəyyən edilmiş uşağı olan (8 yaşınadək sağ olması şərtilə) qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə hansı halda imtina edilir?

Qeyd olunan şəxslərə aşağıdakı hallardan biri mövcud olduqda imtina edilir:

-qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmadıqda;

-25 il sığorta stajına və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadıqda;

-əlilliyi müəyyən edilmiş uşaq 8 yaşından tez vəfat etdikdə;

- sənədlər natamam olduqda.

Əlilliyi müəyyən edilmiş uşağı olan (8 yaşınadək sağ olması şərtilə) qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün kimlər müraciət edə bilər?

Qeyd edilən kateqoriyadan olan şəxslər yaşa görə əmək pensiyası hüququ olduqda şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə müraciət edə bilərlər.

Əlilliyi müəyyən edilmiş uşağı olan (8 yaşınadək sağ olması şərtilə) qadınlara yaşa görə əmək pensiyasının təyinatını hansı qurum təmin edir?

Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının təyinatı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir.

Əlilliyi müəyyən edilmiş uşağı olan (8 yaşınadək sağ olması şərtilə) qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sənədlər və onların təqdimetmə forması hansılardır?

Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədlər:

-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);

-sığorta stajını təsdiq edən sənəd;

-uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri (vəfat edibsə, ölüm haqqında şəhadətnamə);

-uşağın əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış;

-övladlığa götürənlərə münasibətdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qəyyumlara münasibətdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üzərində qəyyumluq müəyyən edilməsi barədə müvafiq qərarın surəti.

Əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların elektron informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Vətəndaş şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə müraciət edə bilər.

Xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşına əmək pensiyasının təyin olunması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyin edilməsi barədə müraciəti və sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.

Xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşına əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə hansı halda imtina edilir?

Bu kateqoriyadan olan şəxslərə pensiya təyinatı üçün müraciət etdikdə aşağıdakı hallarda imtina edilir:

-qanunvericiliklə müəyyən edilmiş göstəricilərə malik olmadıqda;

-sənədlər natamam olduqda.

Xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşına əmək pensiyasını təyin edən qurumlar hansılardır?

Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının təyinatı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir.  

Xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşına əmək pensiyasının təyin edilməsi üçün nə qədər müddət tələb olunur?

Əmək pensiyasının təyin edilməsi üçün sənədlərə daxil olduğu gündən ən geci 10 gün müddətinə baxılır.

Xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşına əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədlər və onların təqdimetmə forması hansılardır?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə elektron hökumət portalında müvafiq məlumatlar olduğu təqdirdə  avtomatlaşdırılmış qaydada pensiya təyin edilir.

Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti və sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Fonda təqdim edilir.

Tələb olunan sənədlər:

-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

-ümumi iş stajını təsdiq edən sənədlər (əmək kitabçası, şəxsin həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd, 01.01.2006-cı il tarixinədək bitmiş əyani təhsil dövrünü təsdiq edən sənəd).

Xaricə köçmüş şəxslərə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə hansı halda imtina edilir?

Xaricə köçmüş şəxslərə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə aşağıdakı hallarda imtina edilir:

-Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda;

-qanunvericiliklə müəyyən edilmiş göstəricilərə malik olmadıqda;

-sənədləri natamam olduqda.

Yaşa görə əmək pensiyasının təyin olunması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə elektron hökümət portalında müvafiq məlumatlar olduğu təqdirdə  avtomatlaşdırılmış qaydada pensiya təyin edilir.

Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar müvafiq sənədlərlə şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına müraciət edə bilərlər.

Yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə hansı halda imtina edilir?

Yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə aşağıdakı hallardan biri mövcud olduqda imtina edilir:

-qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmadıqda;

-25 il sığorta stajına və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadıqda;

-“Əmək pensiyaları haqqında” Qanunun 22.1-1-ci maddəsinə uyğun olaraq, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadıqda.

Yaşa görə əmək pensiyasının təyin olunması üçün kimlər müraciət edə bilər?

Yaşa görə əmək pensiyasının təyin olunması üçün avtomatlaşdırılmış pensiya təyinatının əhatə dairəsinə düşməyən şəxslər:

-qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatdıqda;

-25 il sığorta stajına və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olduqda müraciət edə bilərlər.

Yaşa görə əmək pensiyasının icrasını təmin edən qurumlar hansılardır?

Əmək pensiyasının təyinatı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə və Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialları tərəfindən həyata keçirilir.

Yaşa görə əmək pensiyasının icrasını təmin etmək üçün nə qədər müddət tələb olunur?

Əmək pensiyasının təyin edilməsi üçün sənədlərə daxil olduğu gündən ən geci 10 gün müddətinə baxılır.

Yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sənədlər və onların təqdimetmə forması hansılardır?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə elektron hökumət portalında müvafiq məlumatlar olduğu təqdirdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilir.

Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar aşağıda qeyd olunan sənədlərlə şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına müraciət edə bilərlər.

Tələb olunan sənədlər:

-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);

-sığorta stajını təsdiq edən sənəd.

Əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların elektron informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

01.01.2006-cı ildən sonra əmək fəaliyyəti olmayan və qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatmış şəxsin yaşa görə əmək pensiyası almaq hüququ varmı?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, şəxsin 01.01.2006-ci ilə qədər azı 25 il sığorta stajı varsa, ona əmək pensiyasının məbləği minimum pensiya məbləğinə çatdırılmaqla pensiya təyinatı aparılır.

01.01.2006-ci il tarixindən sonra fərdi şəxsi hesabın sığorta hissəsində 18.000 manat pensiya kapitalı və 9 il sığorta stajı olduğu halda vətəndaşın yaşa görə əmək pensiyası almaq hüququ varmı?

Fərdi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmış vətəndaş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş yaş həddinə çatmışdırsa, ona 01.01.2006-cı il tarixinədək 25 il sığorta stajı güzəşt olunmaqla (01.01.2026-cı il tarixindən hər il bir il azaldılmaqla) pensiya təminatı həyata keçirilir.

Ananın əlilliyi müəyyən edilmiş uşağına qulluq etdiyi müddət sığorta stajına daxil edilirmi?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə əsasən, 18 yaşadək əlilliyi müəyən edilmiş uşağa qulluq müddəti iş stajına daxil edilir.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq müddəti sığorta stajına daxil edilirmi?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq müddəti sığorta stajına daxil edilir.

Hipovizqanizm (liliputlar) xəstəliyinə tutulmuş şəxlərin fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı yoxdursa, onlara əmək pensiyası təyin edilə bilərmi?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinə əsasən, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi olan şəxs əlilliyinin müəyyən edildiyi tarixdəki yaşına müvafiq qanunvericiliklə tələb olunan pensiya kapitalını ümumilikdə 4 il müddətində yığmış olarsa, vətəndaşın əmək pensiyası almaq hüququ yaranarmı?

Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, həmçinin onların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə təyin edilir.

II dərəcə əlilliyi nəzərə alınmaqla sosial müavinət almaqda olan qadının 18 yaşa çatmamış övladı var və ailə başçısı itirən kimi əmək pensiyası təyin edilməsi üçün müraciət edir. Bu halda ailə başçısını itirməyə görə əmək pensiyası hansı qaydada hesablanacaq?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 18.3-cu maddəsinə əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Bu halda bir nəfər ailə üzvünə düşən pensiya məbləği  sosial müavinət alan qadının (ana) aylıq sosial müavinətinin məbləğindən az təşkil edərsə, o, öz seçimi ilə sosial müavinətini almaqda davam edə bilər. Bu halda ailə başçısını itirməyə görə əmək pensiyasının anaya düşən hissəsi digər ailə üzvünə (övlada) ödənilməkdə davam etdirilir.

Ögey övladın ailə başçısını itirməyə görə atasının pensiyasını alması üçün hüquq yaradan hansı sənəd tələb olunur?

Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

-əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

-ögey övladın doğum haqqında şəhadətnaməsinin surəti;

-ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;

-ögey övladın 23 yaşınadək əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı;

-18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş ögey övladın 18 yaşından yuxarı əlilliyinin olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarış;

-ana və atanın nikah haqqında şəhadətnaməsinin surəti;

-vəfat edənin sığorta stajını təsdiq edən sənəd.

Orqanizmin funksiyalarının 61-80 faiz pozulması səbəbindən əlilliyə görə əmək pensiyası alan və işləməkdə davam edən vətəndaş fərdi şəxsi hesabında yığılmış pensiya kapitalını hansı halda yenidən hesablada bilər?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 37.3.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.

07.10.2018-ci il tarixində yaşa görə sosial müavinət təyin edilmiş vətəndaşın fərdi şəxsi hesabında 3 894 manat pensiya kapitalı var. Pensiya yaşına çatmış vətəndaşın yaşa görə əmək pensiyası almaq hüququ varmı?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 22-1.5-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 22-1.2-ci maddəsi tətbiq edilərək eyni növ əmək pensiyalarına keçirilməsinə yol verilmir.

Sığortaolunan şəxs güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 26 il ümumi və bunun 13 ilini Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan işlərdə işləyib. Bu şərtlər daxilində 60 yaşı 01.07.2022-ci il tarixində tamam olmuş kişiyə əmək pensiyası təyin edilə bilərmi?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə uyğun olaraq, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Bu zaman güzəştli iş stajını təsdiq edən arayışda şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və bəndə uyğun olması dəqiq göstərilməlidir.

Misal: 60 yaşı 2022-ci il 1 iyul tarixində tamam olmuş kişi Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət edib. O, 25 ildən artıq ümumi sığorta stajına malikdir, bu müddətin 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələrdə işlədiyindən onun 60 yaşının tamam olduğu 01.07.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.

Əmək pensiyası təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatmış vətəndaşın 4 il ümumi iş stajı var və fərdi şəxsi hesabındakı məbləğ minimum pensiya təminatına imkan verir. Vətəndaşın pensiya almaq hüququ varmı?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaş hüququ yaranan şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq yaşa görə əmək pensiyası almaq hüququ var.

45 yaşına catmış şəxs vəfat edib və onun ümumi olaraq 7 il iş stajı var. Ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilərmi?

Ailə başçısını itirməyə görə əmək pensiyası onun ailə üzvlərinə ailə başçısının ölüm gününədək ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir.

Misal.  45 yaşında vəfat etmiş şəxsin vəfatı tarixinə 7 il sığorta stajı  var. Onun ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün vəfat etmiş ailə başçısının 10 il (45yaş - 15 yaş = 30) x 4 ay = 120 ay = 10 il) sığorta stajının olması tələb olunur. Bu halda vəfat etmiş şəxs tələb olunan sığorta stajına malik olmadığından onun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyil.

45 yaşına çatmış şəxsin ölüm gününədək ümumi 15 il sığorta stajı var, lakin fərdi şəxsi hesabındakı məbləğ minimum pensiya məbləğindən aşağıdır. Həmçinin ailənin tərkibində 3 nəfər əmək qabiliyyəti olmayan şəxs var. Bu halda ailə başçısını itirməyə görə pensiya təyin edilə bilərmi?

Ailə başçısını itirməyə görə əmək pensiyası onun ailə üzvlərinə ailə başçısının ölüm gününədək      ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir.

Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 – 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir.

Misal. 45 yaşında 15 il sığorta stajı olan vəfat etmiş şəxsin göstəriciləri nəzərə alınmaqla hesablanmış pensiyanın məbləği 320 manat təşkil edir. Onun 3 nəfər azyaşlı uşağının hər biri üçün 106,6 manat (320/3) ailə başçısını itirməyə görə əmək pensiyası hesablanmışdır. Lakin həmin məbləğ “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ailənin hər bir üzvünə düşən müavinətin məbləğindən (120 manat) az olduğu üçün ailəyə 320 manat pensiya əvəzinə 360 manat müavinət təyin ediləcək.

11.08.2009-cu il tarixində yaş hüququ yaranan şəxs üzrlü səbəblərdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2022-ci il tarixində müraciət edib. Bu halda o, yaş hüququ yarandığı gündən əmək pensiyası ödənişini ala bilərmi?

Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə sözügedən Qanunun 32.1-1-ci maddəsində müəyyən edilmiş müddətlərə təyin edilir.

01.01.2006-cı ildən 01.07.2018-ci il tarixinə qədər məbləğindən asılı olmayaraq sığorta ödənişi edən şəxsə 2006-cı ilə qədər 25 il staj güzəşt edilir. 2026-cı ildən etibarən isə bu güzəşt (25 il staj) hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 2026-cı ilin mart ayında əmək pensiyası yaş həddinə (65 yaş) çatmış şəxsin 2003-2004-cü illər ərzində 1 il tam əmək stajı var və o, 2010-cu ildə 1 ay 100 manat məcburi dövlət sosial sığorta (MDSS) haqqı ödəyib. MDSS ödədiyi üçün dövlət tərəfindən ona 01.01.2006-cı ilədək 24 il staj güzəşt olunur. Vətəndaşın 1 il stajı güzəşt olunan 24 il stajın üzərinə əlavə edilməklə 25 il staja uyğun təyinat aparılır?

Vətəndaşın həm özünün 1 il faktiki stajı, həm də ona güzəşt olunan 24 il staj 2006-cı ilədək olan dövrü əhatə etdiyinə görə şəxsin 2006-cı ilədək olan dövr üzrə güzəşt olunan stajla birlikdə ümumi iş stajı 24 il təşkil edir. Bu səbəbdən də vətəndaşın yaşa görə pensiya hüququ yaranmır.

Vətəndaşa minimum məbləğdə əmək pensiyası təyin olunduğu halda, təhsil müddəti staj kimi hesablanırmı?

Bəli, hesablanır. Lakin: 

- pensiya yenidən hesablandıqdan sonra sığorta hissəsi əmək pensiyasının minimum məbləğdən çox olduqda, həmin məbləğ pensiyanın aylıq ödəniş məbləği hesab olunur;

- hesablamadan sonra pensiyanın məbləği  minimum pensiya məbləğindən az olarsa, əmək pensiyasının minimum məbləğinə  çatdırılmaqla ödənilir.

Əyani təhsilin staja daxil edilərək pensiyanın yenidən hesablanması hansı qaydada həyata keçirilir?

2006-ci ilin 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyasının hesablanması vətəndaşın müraciəti əsasında həyata keçirilir.

Vətəndaş Azərbaycanın Milli Qəhrəmanının ailə üzvü olduğu üçün əmək pensiyasının sığorta hissəsinə 110 manat əlavə olunmuşdu. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən Qanunun 19-cu maddəsi ləğv edilib. Belə olduğu halda vətəndaş müvafiq əlavəni ala biləcəkmi?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğvi ilə bağlı əmək pensiyalarının sığorta hissəsinin üzərinə Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat əlavənin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir. Bu səbəbdən də 01.01.2021-ci il tarixinədək hesablanmış həmin əlavə azaldılmır və ayrıca göstərilməklə ödənişi davam etdirilir.

Vətəndaş Böyük Vətən müharibəsi iştirakçısı və bununla əlaqədar 3-cü dərəcə əlilliyi olan şəxs olduğundan əmək pensiyasının sığorta hissəsinə 99 manat əlavə olunmuşdu. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən Qanunun 19-cu maddəsi 01.01.2021-ci il tarixindən ləğv edilib. Belə olduğu halda vətəndaş müvafiq əlavəni ala biləcəkmi?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğvi ilə bağlı əmək pensiyalarının sığorta hissəsinin üzərinə III dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olmayan müharibə iştirakçılarına 99 manat məbləğində əlavənin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir Bu səbəbdən də 01.01.2021-ci il tarixinədək hesablanmış həmin əlavə azaldılmır və ayrıca göstərilməklə ödənişi davam etdirilir.

Vətəndaş ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxs olduğu üçün əmək pensiyasının sığorta hissəsinə 110 manat məbləğində hesablanmış əlavəni, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 300 manat təqaüdünü ala biləcəkmi?

Xeyr. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən, 01.01.2021-ci il tarixindən Qanunun 19-cu maddəsi ləğv edilib. 2021-ci il yanvarın 1-dən ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və bu təqaüdün aylıq məbləği həmin tarixdə 210 manat müəyyən olunub. Hazırda bu təqaüdün məbləği 300 manat təşkil edir. 

Vətəndaş 2016-cı ildə 1 il əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin şəxs 2026-cı ildə əmək pensiyası yaş həddinə çatarkən ona 01.01.2006-cı ilədək 24 il staj güzəşt edildikdə özünün 2016-cı ildə qazandığı 1 il staj da nəzərə alınmaqla cəmi 25 il staj (güzəşt olunan 24 il + özünün 1 il stajı) ilə pensiya təyinatı aparıla bilərmi?

Bəli, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 22-1-ci maddəsinə əsasən pensiya təyinatı aparılmalıdır.

Şəxsin 2009-2010-cu illərdə 1 ay məcburi dövlət sosial sığorta (MDSS) haqqı ödənişi olub. Buna görə vətəndaş 2026-cı ilin yanvar ayında 65 yaşa çatdıqda ona dövlət tərəfindən 24 il staj güzəşt edilir və bu halda şəxsin ümumi iş stajı 24 il 1 ay təşkil edir. Şəxs 65 yaşı tamam olduqdan sonra  əlavə 11 ay işləyərsə, cəmi 25 il iş stajı tələbini tamamlayır. Belə olan təqdirdə ona yaşa görə pensiya təyinatı aparıla bilərmi?

 Bəli, bu halda vətəndaşın 25 il staj tələbini tamamladığı tarixdə pensiya hüququ yaranacaqdır.

2019-cu ilədək 57 yaşına çatmış qadına yaşa görə müavinət təyin edilibsə, 2020-ci ildə pensiya yaşına çatdıqda, 2018-ci ilin iyul ayınadək 9 il stajı olarsa, güzəşt tətbiq edilərək yaşa görə əmək pensiyası təyin edilə bilər?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 22-1.5-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 22-1.2-ci maddəsi tətbiq edilərək eyni növ əmək pensiyalarına keçirilməsinə yol verilmir.

Vətəndaşın ahıl şəxsə qulluq etdiyi müddəti əmək pensiyası təyin edilən zaman sığorta stajına daxil edilirmi?

Şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda nəzərdə tutulan müddət sosial sığorta stajına daxil edilir.

Vəfat etmiş şəxsin fərdi şəxsi hesabında toplanan pensiya kapitalı ailə üzvlərinin pensiya təminatından başqa məqsədlər üçün istifadə oluna və yaxub nağd şəkildə əldə edillə bilərmi?

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsinə əsasən, sosial sığorta Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Qanunun 3-cü maddəsində qeyd olunduğu kimi, dövlət sosial sığortası məcburilik prinsipi əsasında həyata keçirilir və Qanunun 6-cı maddəsində nəzərdə tutulan əmək pensiyası və digər sosial sığorta hadisələri baş verdikdə sığorta ödəmələri verilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan vəsaitlərdən digər məqsədlər üçün istifadə olunması qanunvericilikdə nəzərdə tutulmayıb.

Həmçinin sığortaolunanların fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının onlara  və ya ailə üzvlərinə birdəfəlik şəkildə ödənilməsi qanunvericiliklə mümkün deyil.

Vəfat etmiş şəxsin əmək pensiyasının sığorta hissəsinə əlavələr həyat yoldaşına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilən zaman nəzərə alınırmı?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası yalnız sığorta hissəsindən ibarətdir.