Sosial sığorta və fərdi uçotun təşkili
Fərdi uçot nədir?

Fərdi uçot Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır.

Fərdi şəxsi hesab nədir?

Sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan və hər bir sığortaolunan üzrə gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm fərdi uçot məlumatlarının qeydə alındığı hesabdır.

Fərdi şəxsi hesabı necə izləmək olar?

Hər bir sığortaolunan öz fərdi şəxsi hesabını izləmək üçün www.e-sosial.az saytından qeydiyyatdan keçməklə "Fərdi şəxsi hesab" bölməsindən, fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları əldə edə bilər.

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanuna əsasən sığortaedənin hüquqları nələrdən ibarətdir?

Sığortaedən sığortaolunanlar haqqında verilmiş məlumatları dəqiqləşdirmək və sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada təqdim etmək hüququna malikdir.

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanuna əsasən sığortaedənin vəzifələri nələrdən ibarətdir?

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanunun 5.2.2-5.2.9-cu maddələrində nəzərdə tutulan sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna,  "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanunun  5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə təqdim etmək sığoraedənin vəzifəsidir.

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanuna əsasən sığortaolunanın hüquqları hansılardır?

Sığortaolunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (sığortaçı) Mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabında qeydə alınan məlumatlarla tanış olmaq və ya həmin məlumatları sığortaçıdan almaq, özü haqqında fərdi uçot məqsədləri üçün sığortaedənin təqdim etdiyi məlumatları sığortaçıdan, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrinə münasibətdə isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətindən və ya sığortaedəndən almaq, həmçinin fərdi şəxsi hesabında əks olunan məlumatlar "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanunla müəyyən olunmuş hallarda dəyişdikdə, bu barədə sığortaçıya və ya sığortaedənə yazılı məlumat vermək, fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadıqda həmin məlumatların dəqiqləşdirilməsi barədə sığortaçıya, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatlara münasibətdə isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə və ya sığortaedənə müraciət etmək hüququna malikdir.

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanuna əsasən sığortaolunanın vəzifələri hansılardır?

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanunun 5.2.2-5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları sığortaedənə, fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatları isə sığortaçıya təqdim etmək sığortaolunanın vəzifəsidir.

Sosial sığorta nədir?

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Sosial sığorta hadisəsi nədir?

Sığortaolunana sığorta ödəməsinin ödənilməsi üçün əsas olan hallar sosial sığorta hadisəsi hesab edilir.

Sosial sığorta hadisəsinə nələr daxildir?

Pensiya yaşına çatmaq, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti sosial sığorta hadisələri hesab olunur.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətin aylıq maksimal həddi nə qədər ola bilər?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlərin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaçı kimdir?

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər sığortaçı hesab olunur.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaedənlər kimlərdir?

Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər sığortaedən hesab olunurlar.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunan kimdir?

Sığortaolunan xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxsdir.

Sığorta stajı nə deməkdir?

Sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaçının hüquqları hansılardır?

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək sığortaçının hüquqlarına aid edilir.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaçının vəzifələri hansılardır?

Özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaçının vəzifələrinə aid edilir. 

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaedənlərin vəzifələri nələrdir?

Müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda,  habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 (otuz) gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanun ilə müəyyən edilmiş müddətdən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək, hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaedənlərin vəzifələrinə aid edilir.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək, bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək sığortaedənlərin vəzifələrinə aid edilir.

Məcburi dövlət sosial sığorta haqqı nədir?

Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir.

Məcburi dövlət sosial sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə necə müəyyən edilir və kimin vəsaiti hesabına ödənilir?

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

Muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı hansı dərəcələrlə ödənilir?

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

-sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;

-sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin - 3 faizi.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir.

Sığorta haqqına cəlb edilən aylıq gəlir - 200 manatadək olanda sosial sığorta haqqı dərəcəsi:

-sığortaolunanın gəlirlərindən tutulan - 3 faiz;

-sığortaedənin vəsaiti hesabına ödənilən - 22 faiz;

cəmi 25 faiz.

Sığorta haqqına cəlb edilən aylıq gəlir - 200 manatdan çox olduqda sosial sığorta haqqı dərəcəsi:

-sığortaolunanın gəlirlərindən tutulan - 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi;

-sığortaedənin vəsaiti hesabına ödənilən - 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi;

cəmi 25 faiz.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı hansı formada ödənilir?

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.4-cü maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

-sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatadək olduqda - 25% (sığortaolunanın gəlirlərindən - 3%,  sığortaedənin vəsaiti hesabına - 22%);

-sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatdan çox olduqda - 25% (sığortaolunanın gəlirlərindən - 6 manat + 200 manatdan çox olan hissənin 10%-i, sığortaedənin vəsaiti hesabına - 44 manat + 200 manatdan çox olan hissənin 15%-i).

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə minimum aylıq əməkhaqqının neçə faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir?

Muzdlu işçi cəlb etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.5.7-ci maddəsi istisna olmaqla, 2026-cı il yanvarın 1-dək məcburi dövlət sosial sığorta haqqı respublika üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi və kənd yerlərində 50 faizi miqdarında ödənilir.

Bu Qanunun 14.5.7-ci maddəsinə əsasən, fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsilə yük daşıma fəaliyyəti üzrə - 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburu dövlət sosial sığorta haqqı ödənilir. 

Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla nə qədər məcburi dövlət sosial sığorta haqqı ödənilir?

Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.

Xüsusi notariuslar nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəyir?

Xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. 

Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər?

Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üzrə ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. 

Vəkillər kollegiyasının üzvləri, sərbəst mediatorlar, sərbəst auditorlar, sərbəst mühasiblər nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər?

Vəkillər kollegiyasının üzvləri, sərbəst mediatorlar, sərbəst auditorlar, sərbəst mühasiblər 2026-cı il yanvarın 1-dək gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatlarında çalışanlar nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəyir?

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

5 hektaradək olduqda – 2 faiz miqdarında;

5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;

10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında.

Məcburi dövlət sosial sığorta haqqı hansı dövr üçün hesablanır, hansı müddətdə və hansı formada ödənilir?

Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

Sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının neçə faizi onların fərdi hesablarında qeydə alınır?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8. bəndinə əsasən, əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınır.

Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqqı geri qaytarılırmı?

Azərbaycan Respublikasının Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Ödənilmiş faktiki ezamiyyə xərcləri məcburi dövlət sosial sığortasına cəlb olunurmu?

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş faktiki ezamiyyə xərcləri məcburi dövlət sosial sığortasına cəlb olunmur.

Sığortaedənlərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığortası üzrə uçota durma qaydalarını pozmalarına, o cümlədən uçota durmamalarına görə nə qədər maliyyə sanksiyası tətbiq olunur?

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə görə nə qədər maliyyə sanksiyası tətbiq olunur?

Hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə nə qədər maliyyə sanksiyası tətbiq olunur?

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sığortaedənlər məcburi dövlət sosial sığorta haqqının ödənilməsini gecikdirdikdə nə qədər penya tətbiq olunur?

Məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinin hər gününə görə, bir ildən çox olmamaq şərti ilə gecikdirilmiş sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanır.
QEYD: Yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta haqqına penya həmin məbləğin sığortaedənə hesablandığı gündən tətbiq edilir.

Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta qaydalarının bir neçə pozuntusuna yol verildikdə maliyyə sanksiyası necə tətbiq olunur?

Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta qaydalarının bir neçə pozuntusuna yol verildikdə maliyyə sanksiyası  Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57 və 58-ci maddələrinə əsasən hər bir hüquqpozma üzrə  tətbiq edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinəti almaq hüququ kimlərə şamil edilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinəti almaq ən azı 6 ay sosial sığorta stajı olan və hazırda xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərə şamil edilir.

Sığortaolunanın əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ nə zaman yaranır?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin məbləği təyin edilərkən sosial sığorta stajı sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınmaqla hesablanır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı formada ödənilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət xəstəlik vərəqəsinin ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Qeyd: Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nəyə əsasən təyin edilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. 

Qeyd: Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.

Xəstəlik vərəqəsi itirildiyi halda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət necə ödənilə bilər?

Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı hallarda verilmir?

6 aydan az sosial sığorta stajı olan şəxslərə, əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə, işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə, törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə və məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir.
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi dövlət sosial sığortası üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sığortaedən tərəfindən hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə 6 nömrəli əlavəyə uyğun olaraq tərtib edilmiş arayış təqdim edildiyi hal istisna olmaqla müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır. Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı (hadisəsi) baş verdikdə müavinət verilmir.

Sığortaolunan respublikadan xaricdə əmək qabiliyyətini müvəqqəti itirdiyi halda ona müavinət necə ödənilir?

Sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə - profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə" ilə müəyyən edilmiş qaydada ödənilir. 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimlərə 100 faiz miqdarında verilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 12 il və daha çox sosial sığorta stajı olan sığortaolunanlara; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara; Əfqanıstan müharibəsində, 1990-cı ilin yanvar ayında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı xəsarət (yaralanma, travma, kontuziya) alan şəxslərə, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə; Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına; Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olanların valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına; xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə, miqrasiya və fövqəladə hallar orqanları sığortaolunanlarının valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına; 1986-1990-cı illər Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-nin istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətinə; qanyaradıcı orqanların (kəskin leykoz), qalxanvari vəzinin (adinoidlər, xərçəng), bəd xasiyyətli şişlərin xəstəliyi zamanı; 14 yaşınadək uşaqların Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş valideynlərdən birinə iş stajından asılı olmayaraq, xəstə uşağa baxmağa görə; əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara; hemofiliya və talassemiya irsi qan xəstəliyi olan, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə; qan və qan komponentlərinin donorluğu funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə; hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə; onkoloji xəstələrə; yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda, ona qanunvericiliklə müəyyən edilən qaydada əlillik müəyyən edilənədək onun valideynlərindən birinə və ya qanuni nümayəndəsinə 100 faiz miqdarında verilir.                                                                                                                                                                                                                                                                                                                                                                            

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimlərə 80 faiz miqdarında verilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan sığortaolunanlara; 21 yaşına çatmamış və 5 ilədək sosial sığorta stajı olan valideynlərini itirmiş sığortaolunanlara 80 faiz miqdarında verilir.                                                                                                                                                                                              

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimlərə 60 faiz miqdarında verilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 8 ilədək sosial sığorta stajı olan sığortaolunanlara 60 faiz miqdarında verilir.                                                                                                                                                                                        

Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət neçə faiz miqdarında ödənilir?

Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kim tərəfindən təyin edilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 günü üçün həm əsas, həm də əlavə iş yeri (yerləri) üzrə, 14 gündən sonrakı günlər üçün isə əsas iş yeri üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən təyin edilir.

Hansı halda sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə bütün dövr üçün hesablanmış məbləğ sığortaedənin vəsaiti hesabına ödənilir?

Qanunvericiliyə uyğun olaraq, bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən, sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsində kimlər məsuliyyət daşıyırlar?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsində müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi məsuliyyət daşıyırlar.

Fərdi şəxsi hesablarda illər üzrə məlumatları (kapitalı) əks olunmaması ilə bağlı şikayətçi olduğu halda hara müraciət edilir?

Bu halla bağlı şikayəti Nazirliyin rəsmi saytından onlayn qaydada, yazılı birbaşa müraciət əsasında, Nazirliyin, Dövlət Sosial Müdafiə Fondunun, DOST Agentliyinin qəbul şöbələrinə, "142" Çağrı mərkəzinə zəng vurmaqla və DOST mərkəzlərinə müraciət etməklə şikayətini təqdim edə bilər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. 

Məcburi dövlət sosial sığortası hesabına dəfn üçün birdəfəlik sosial müavinətin alınması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Sığortaolunan vəfat etdikdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına "Elektron hökumət" (e-gov.az) internet portalından elektron qaydada müraciət edilir. 

Məcburi dövlət sosial sığortası hesabına dəfn üçün birdəfəlik müavinətin alınması üçün müraciətə hansı halda imtina edilir?

Təqdim edilmiş sənədlər natamam olduqda, hüquqi əsası olmadıqda və məlumatlar sistemə düzgün daxil edilmədikdə məcburi dövlət sosial sığortası hesabına dəfn üçün birdəfəlik müavinətin alınması üçün müraciətə imtina edilir. 

Məcburi dövlət sosial sığortası hesabına dəfn üçün birdəfəlik müavinət hansı qurumlar tərəfindən ödənilir?

Dəfn üçün birdəfəlik müavinət sığortaolunan vəfat etdikdə sığortaedən tərəfindən elektron qaydada müraciət olunduqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən ödənilir.

 

Məcburi dövlət sosial sığortası hesabına dəfn üçün birdəfəlik müavinətin ödənilməsi üçün nə qədər müddət tələb olunur?

Məcburi dövlət sosial sığortası hesabına dəfn üçün birdəfəlik müavinət 2 iş günü ərzində ödənilir.  

Məcburi dövlət sosial sığortası hesabına dəfn üçün birdəfəlik müavinətin ödənilməsi üçün tələb olunan sənədlər hansılardır və onlar necə təqdim olunmalıdır?

Məcburi dövlət sosial sığortası hesabına dəfn üçün birdəfəlik müavinətin ödənilməsi üçün sənədlər "Elektron hökumət" (e-gov.az) internet portalından elektron qaydada təqdim edilir və müavinəti təyin edən komissiyanın iclasının protokolunun surəti, ölüm haqqında şəhadətnamənin surəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayışın əsli, müvafiq bələdiyyə tərəfindən verilmiş öləni dəfn etməyi öhdəsinə götürmüş şəxs barədə məlumatı əks etdirən arayışın surəti, müavinət ödənilən şəxsin bank və ya poçt rekvizitləri tələb olunur.
Qeyd edilən sənədlər elektron qaydada göndərildikdən sonra ölüm haqqında arayışın əsli müşayiətedici məktubla Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edilir.                                                                                                                                                                                                                                

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi üçün sığortaedənlər tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına "Elektron hökumət" (e-gov.az) internet portalından elektron qaydada müraciət edilməlidir.

 

 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsindən hansı halda imtina edilir?

Təqdim edilmiş sənədlər natamam olduqda, sənədlərin hüquqi əsası olmadıqda və müavinətin məbləği düzgün hesablanmadıqda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsi üçün müraciətə imtina edilir.

 

 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı qurumlar tərəfindən ödənilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ödənilir.

 

 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi üçün nə qədər müddət tələb olunur?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 5 iş günü ərzində ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi üçün tələb olunan sənədlər hansılardır və onlar necə təqdim olunmalıdır?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi üçün sığortaedənlər tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına "Elektron hökumət" (e-gov.az) internet portalından elektron qaydada müraciət edilir və müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilmiş xəstəlik vərəqəsinin surəti tələb olunur.

Hamiləliyə və doğuma görə müavinətin ödənilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Hamiləliyə və doğuma görə müavinətin ödənilməsi üçün sığortaedənlər tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına "Elektron hökumət" (e-gov.az) internet portalından elektron qaydada müraciət edilir.

Hamiləliyə və doğuma görə müavinətin təyin edilməsindən hansı halda imtina edilir?

Təqdim edilmiş sənədlər natamam olduqda, sənədlərin hüquqi əsası olmadıqda və müavinətin məbləği düzgün hesablanmadıqda hamiləliyə və doğuma görə müavinətin təyin edilməsi üçün müraciətə imtina edilir.

 

Hamiləliyə və doğuma görə müavinət hansı qurumlar tərəfindən ödənilir?

Hamiləliyə və doğuma görə müavinəti Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən ödənilir.

 

Hamiləliyə və doğuma görə müavinətin ödənilməsi üçün nə qədər müddət tələb olunur?

Hamiləliyə və doğuma görə müavinət 5 iş günü ərzində təyin edilir və ödənilir. 

Hamiləliyə və doğuma görə müavinətin ödənilməsi üçün tələb olunan sənədlər hansılardır və onlar necə təqdim olunmalıdır?

Hamiləliyə və doğuma görə müavinətin ödənilməsi üçün sığortaedənlər tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına "Elektron hökumət" (e-gov.az) internet portalından elektron qaydada müraciət edilir və müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilmiş xəstəlik vərəqəsinin surəti, hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi barədə əmrdən (sərəncamından) çıxarış tələb olunur.

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətin ödənilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətin ödənilməsi üçün sığortaedənlər tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına "Elektron hökumət" (e-gov.az) internet portalından elektron qaydada müraciət edilir.

 

 

 

 

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətin ödənilməsindən hansı halda imtina edilir?

Təqdim edilmiş sənədlər natamam olduqda, sənədlərin hüquqi əsası olmadıqda və məlumatlar sistemə düzgün daxil edilmədikdə uşağın üç yaşı tamam olanadək ona qulluğa görə müavinətin alınması üçün müraciətə imtina edilir. 

 

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət hansı qurumlar tərəfindən ödənilir?

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən ödənilir.

 

 

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətin ödənilməsi üçün nə qədər müddət tələb olunur?

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət 5 iş günü ərzində ödənilir.

 

 

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətin ödənilməsi üçün tələb olunan sənədlər hansılardır və onlar necə təqdim olunmalıdır?

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətin ödənilməsi üçün sığortaedənlər tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına "Elektron hökumət" (e-gov.az) internet portalından elektron qaydada müraciət edilir və müavinəti təyin edən komissiyanın iclasının protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı, doğum haqqında şəhadətnamənin surəti, uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamından) çıxarış tələb olunur.

 

 

 

 

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət  heç bir yerə müraciət edilmədən proaktiv qaydada təyin edilir. 1 yanvar 2021-ci il tarixdən əvvəl doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət sığortaedənin tərəfindən elektron qaydada göndərilməklə təyin edilir. Hər iki valideyni işləməyən uşaqlara uşağın anadan olmasına görə birdəfəlik müavinət 1 oktyabr 2019-cu il tarixindən heç bir yerə müraciət edilmədən proaktiv qaydada təyin edilir. 1 oktyabr 2019-cu il tarixindən əvvəl doğulmuş uşaqlar üçün isə valideynlər tərəfindən istənilən DOST mərkəzinə, Dövlət Sosial Müdafiə Fondunun regional fililallarına və qəbul şöbələrinə müraciət edilə bilər.

1 yanvar 2021-ci il tarixindən əvvəl doğulmuş uşaqlar üçün elektron qaydada göndərilən uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsindən hansı halda imtina edilir?

Təqdim edilmiş sənədlər natamam olduqda, sənədlərin hüquqi əsası olmadıqda və məlumatlar sistemə düzgün daxil edilmədikdə 1 yanvar 2021-ci il tarixindən əvvəl doğulmuş uşaqlar üçün elektron qaydada göndərilən uşağın anadan olmasına görə birdəfəlik müavinətin alınması üçün müraciətə imtina edilir.

1 yanvar 2021-ci il tarixindən əvvəl doğulmuş uşaqlara görə uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsi üçün nə qədər müddət tələb olunur?

Məcburi dövlət sosial sığortası vəsaitləri hesabına verilən uşağın anadan olmasına görə birdəfəlik müavinət 5 iş günü ərzində ödənilir. 

 

 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən hesablanan gəlir vergisi sığortaedən və ya Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməlidir?

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4.-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət gəlir vergisindən azad deyildir.
Bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən hesablanan gəlir vergisi müavinət alanın vergisi hesab olunur və ödəmə mənbəyindən tutulmalıdır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaedən tərəfindən hesablandığından bu məbləğə hesablanmış gəlir vergisinin ödənişi müavinətin sığortaedən və Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş nisbətlərinə uyğun olaraq proporsional qaydada həyata keçirilməlidir.

Məcburi dövlət sosial sığorta ödəmələri nə zaman həyata keçirilir?

Sosial sığorta hadisəsi baş verdikdə məcburi dövlət sosial sığorta ödəmələri verilir.

Məcburi dövlət sosial sığorta ödəmələri hansılardır?

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları, könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, dəfn üçün müavinət, sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilir.

Kimlərin sosial sığorta ödəmələrini almaq hüququ vardır?

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. 

Kimlərin sosial sığorta ödəmələrini almaq hüququ yoxdur?

Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur.

Məcburi dövlət sosial sığortası hesabına müavinət təyin edilərkən sığortaolunanın stajının hansı müddəti nəzərə alınır?

Məcburi dövlət sosial sığorta vəsaitləri hesabına verilən müavinətlər təyin edilərkən sosial sığorta stajı kimi "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 1.1.9-cu maddəsinə əsasən, sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır. 

Hər bir işçi onu işəgötürəndən özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidirmi və buna nəzarəti hansı orqan həyata keçirir?

Hər bir vətəndaş onu işəgötürəndən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidir. İdarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları komitələri işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar.

Hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin işçilərinə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi qaydası hansı qurum tərəfindən təsdiq edilir?

Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularına və işçilərinə, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinə və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərə və şəxslərə sosial sığorta ödəmələrinin hesablanması, təyin edilməsi və verilməsi həmin şəxslərin xidmət etdiyi (və ya işlədiyi) dövlət orqanları tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Sığortaolunanın əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ dedikdə nə nəzərdə tutulur?

Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ dedikdə həmin müddətdə  itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi nəzərdə tutulur.

 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ hansı dövrdə nəzərə alınır?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə nəzərə alınır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı müddətdə verilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi işçinin işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, bu hal necə tənzimlənir?

Əmək qabiliyyətini müvəqqəti itirmə sığortaolunanın işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, müavinət sığortaolunan işə bərpa olunduqda verilir. Bu zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın işə bərpa olunması barəsində qərarın çıxarıldığı günədək işə bərpa olunduğu gündən müəssisənin vəsaiti hesabına verilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi işçinin işə bərpa olunma barəsində qərar çıxarıldığı gündən sonra da davam edərsə, bu hal necə tənzimlənir?

Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə bərpa olunma barəsində qərar çıxarıldığı gündən sonra da davam edərsə, onda müavinətin xəstəlik vərəqəsində göstərilmiş ilk 14 təqvim gününə düşən məbləği sığortaedənin vəsaiti hesabına, qalan hissəsi isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nəyə əsasən hesablanır?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. 

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə məzuniyyətdə olan şəxsin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün müavinət ödənilirmi?

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə məzuniyyətdə olan şəxsin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün müavinət ödənilmir.

Əməkhaqqı saxlanılmadan məzuniyyətdə olan şəxsin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün müavinət ödənilirmi?

Əməkhaqqı saxlanılmadan məzuniyyətdə olan şəxsin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün müavinət ödənilmir.

Uşağın üç yaşı tamam olanadək ona qulluğa görə məzuniyyətdə olan şəxsin əmək qabiliyyətini müvəqqəti itirməsi məzuniyyətdən sonra da davam edərsə, bu halda müavinət ödənilirmi?

Uşağın üç yaşı tamam olanadək ona qulluğa görə məzuniyyətdə olan şəxsin əmək qabiliyyətini müvəqqəti itirməsi məzuniyyətdən sonra da davam edərsə, onda müavinət sığortaolunanın işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.

Əməkhaqqı saxlanılmadan məzuniyyətdə olan şəxsin əmək qabiliyyətini müvəqqəti itirməsi məzuniyyətdən sonra da davam edərsə, bu halda müavinət ödənilirmi?

Əməkhaqqı saxlanılmadan məzuniyyətdə olan şəxsin əmək qabiliyyətini müvəqqəti itirməsi məzuniyyətdən sonra da davam edərsə, onda müavinət sığortaolunanın işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.

Hamiləliyin süni yolla dayandırılması ilə əlaqədar aparılmış əməliyyatdan sonra müavinət hansı qaydada verilir?

Hamiləliyin süni yolla dayandırılması ilə əlaqədar aparılmış əməliyyatdan sonra müavinət ümumi qayda üzrə əmək qabiliyyətinin itirilməsinin bütün müddətinə düşən iş günlərinə görə verilir.

Xəstələnmiş ailə üzvünə qulluq etmək üçün verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı halda ödənilir?

Xəstələnmiş ailə üzvünə qulluq etmək üçün verilən müavinət bu şərtlə verilir ki, xəstəyə qulluq edilməməsi xəstənin həyatı və ya sağlamlığı üçün qorxu törətsin və tibbi göstərişə görə xəstəxanaya qoymaq imkanı olmasın.

14 yaşa çatanadək xəstələnmiş uşağa qulluq edilməsi üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı halda verilir?

Müavinət istər ambulator, istərsə də stasionar müalicə zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək verilir. 

Xəstələnmiş uşağa qulluq edilməsi üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimlərə verilir?

Xəstələnmiş uşağa qulluq edilməsi üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət anaya (ataya) və ya uşağa qulluq edən digər şəxsə verilir.          

İşləməyən ana xəstələndiyi hallarda uşağa qulluq edə bilmədikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimə verilir?

İşləməyən ana xəstələndiyi hallarda uşağa qulluq edə bilmədikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 3 yaşadək uşaqlara və 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara qulluq edən şəxslərə verilir.

14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq edilərkən hansı müddətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir?

Müavinət 7 təqvim günündən artıq olmayan müddətdə verilir. Xəstəyə qulluq edilərkən 7 təqvim günündən artıq vaxt üçün ailə üzvünün ağır xəstə olmasından və məişət şəraitindən asılı olaraq müstəsna hallarda müavinət verilməsinə icazə verilir.

Qeyd: Bu halda müavinət ümumilikdə 10 təqvim günündən artıq verilməməlidir.

 

 

Hansı halda xəstələnmiş ailə üzvünə qulluq etmək üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir?

Növbəti və əlavə məzuniyyət, uşağa qulluq etməkdən ötrü məzuniyyət və yaxud əmək haqqı saxlanılmadan məzuniyyət vaxtı, xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət verilmir.

İşləyən əlilliyi olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı hallarda altı aydan çox olmamaq şərti ilə verilir?

İşləyən əlilliyi olan şəxslərə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən başqa) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, istehsalat qəzası və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə verilir.

Əgər işləyən əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın əmək qabiliyyətini müvəqqəti itirməsi əmək şikəstliyi və ya peşə xəstəliyi nəticəsində baş vermişdirsə, o halda müavinət necə ödənilir?

Qeyd olunan hallarda müavinət xəstə sağalanadək, yaxud da istehsalat qəzası və ya peşə xəstəliyi ilə bağlı əlilliyi yenidən müəyyən edilənədək verilir.

İşləyən əlilliyi olan şəxslərə (vərəm xəstəliyi olan əlilliyi olan şəxslərdən başqa) vərəm xəstəliyi ilə xəstələndikdə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət necə ödənilir?

İşləyən əlilliyi olan şəxslərə (vərəm xəstəliyi olan əlilliyi olan şəxslərdən başqa) vərəm xəstəliyi ilə xəstələndikdə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət sağalanadək və ya vərəmlə xəstələnmə nəticəsində əlilliyi yenidən müəyyən edilənədək, lakin 12 aydan artıq olmamaq şərtilə verilir.

 

 

 

Sığortaolunan hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilirmi?

Sığortaolunan hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir.

Müvəqqəti olaraq işin dayandırıldığı müddət zamanı, hərbi toplanışlar və ya təhsil müəssisələrində istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi baş verdikdə müavinət ödənilirmi?

Müvəqqəti olaraq işin dayandırıldığı müddət zamanı, hərbi toplanışlar və ya təhsil müəssisələrində istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi baş verdikdə müavinət ödənilmir, işçinin göstərilən müddət qurtardıqdan sonra işə başlamalı olduğu gündən xəstəlik davam edərsə, həmin gündən verilir.

 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət necə hesablanır?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği necə müəyyən olunur?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancının məbləğindən asılı olaraq müəyyənləşdirilir.

Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, bu halda müavinət necə hesablanır?

Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, bu halda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından hansı dövrə düşən iş günləri çıxılmalıdır?

Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr, hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü çıxılır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ümumi məbləği necə hesablanır?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə hesablanır.

Həyatın yığım sığortasına qoşulan işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda müavinətin hesablanması hansı formada həyata keçiriləcək?

Həyatın yığım sığortasına cəlb edilən əməkhaqqı və gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı tutulmadığından müavinət hesablanan zaman həmin gəlirlər qazanc kimi nəzərə alınmayacaqdır.

Əcnəbi şəxsin fərdi şəxsi hesabında toplanan kapitalı öz ölkəsində pensiya təyin olunan zaman nəzərə alınır?

Əgər həmin ölkə ilə Azərbaycan Respublikası arasında müvafiq sahə üzrə saziş varsa, həmin ölkənin müvafiq qanunvericiliyinə uyğun olaraq nəzərə alına bilər.