“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” 1996-cı il 17 may tarixli 73-IQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunan 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.
- həlak olma (ölüm) halı: sığorta məbləğinin 100 faizi (11000 manat) nisbətində sığorta ödənişi verilir
|
№ |
tələb olunan sənədlər |
|
1. |
Ərizə; |
|
2. |
Vərəsənin (vərəsələrin) şəxsiyyətini təsdiq edən sənəd; |
|
3. |
Sığortaolunanın ölümü haqqında şəhadətnaməsi; |
|
4. |
Vərəsəlik hüququ haqqında şəhadətnamə; |
|
5. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış. |
- xəsarət nəticəsində 3 il müddətində vəfat etməsi halında: sığorta məbləğinin 100 faizi nisbətində sığorta ödənişi verilir
|
№ |
tələb olunan sənədlər |
|
1. |
Ərizə; |
|
2. |
Vərəsənin (vərəsələrin) şəxsiyyətini təsdiq edən sənəd; |
|
3. |
Sığortaolunanın ölümü haqqında şəhadətnaməsi; |
|
4. |
Vərəsəlik hüququ haqqında şəhadətnamə; |
|
5. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış; |
|
6. |
Tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi. |
- əlillik halında: “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” 1996-cı il 17 may tarixli 73-IQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunana orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 5 illik vəzifə maaşının 80 faizi, 61-80 faiz pozulmasına görə 60 faiz, 31-60 faiz pozulmasına görə 40 faiz nisbətində sığorta ödənişi verilir
|
№ |
tələb olunan sənədlər |
|
1. |
Ərizə; |
|
2. |
Sığortaolunanın şəxsiyyətini təsdiq edən sənəd; |
|
3. |
TSEK-in əlillik barədə qərarı; |
|
4. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış. |
ç) ağır, az ağır və yaxud yüngül dərəcəli xəsarət alması halında: “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” 1996-cı il 17 may tarixli 73-IQ nömrəli Azərbaycan Respublikası Qanunu Qanuna əsasən sığortaolunana aldığı ağır xəsarətə görə 5 illik vəzifə maaşının 20 faiz, az ağır xəsarətə görə 10 faiz, yüngül xəsarətə görə 5 faiz nisbətində sığorta ödənişi verilir
|
№ |
tələb olunan sənədlər |
|
1. |
Ərizə; |
|
2. |
Sığortaolunanın şəxsiyyətini təsdiq edən sənəd; |
|
3. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış; |
|
4. |
Xəsarətin dərəcəsinə və səbəbinə dair arayış. |
Sığorta ödənişi almaq hüququ olan şəxslər (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar istisna olmaqla) Fondun müvafiq struktur bölmələrinə və Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə müraciət edə və ya qanunvericiliklə tələb olunan sənədlər sığortalı (qurum) tərəfindən “Dövlət icbari şəxsi sığorta” altsisteminə daxil edilə bilər.
Qeyd: Sığortaolunana eyni hadisə ilə bağlı dövlət icbari şəxsi sığorta ödənişi köçürüldüyü təqdirdə, 1 nömrəli əlavə tələb olunmur.




