“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 1997-ci il 20 may tarixli 296-IQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir.
- həlak olması (ölüm) halında: sığorta məbləğinin 100 faizi (11000 manat) nisbətində sığorta ödənişi verilir.
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Vərəsənin (vərəsələrin) şəxsiyyətini təsdiq edən sənəd; |
3.
|
Sığortaolunanın ölümü haqqında şəhadətnamə; |
4. |
Vərəsəlik hüququ haqqında şəhadətnamə; |
5. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış. |
- xəsarət və ya xəstəlik nəticəsində 3 il müddətində ölüm halında: sığorta məbləğinin 100 faizi (11000 manat) nisbətində sığorta ödənişi verilir.
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Vərəsənin (vərəsələrin) şəxsiyyətini təsdiq edən sənəd; |
3.
|
Sığortaolunanın ölümü haqqında şəhadətnamə; |
4. |
Vərəsəlik hüququ haqqında şəhadətnamə; |
5. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış. |
6. |
Tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi |
- xəbərsiz itkin düşmə və məhkəmə qərarı ilə ölmüş elan edilmə halında: sığorta məbləğinin 100 faizi (11000 manat) nisbətində sığorta ödənişi
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Vərəsənin (vərəsələrin) şəxsiyyətini təsdiq edən sənəd; |
3.
|
Sığortaolunanın ölümü haqqında şəhadətnamə; |
4. |
Vərəsəlik hüququ haqqında şəhadətnamə; |
5. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış. |
6. |
Sığortaolunanın itkin düşmüş hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi |
7. |
Sığortaolunanın ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi |
ç) əlillik halında: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 1997-ci il 20
may tarixli 296-IQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçulara
hərbi xidmətlə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə sığorta
məbləğinin 80 faiz (8800 manat), 61-80 faiz pozulmasına görə 60 faiz (6600 manat),
31-60 faiz pozulmasına görə 40 faiz (4400 manat) nisbətində sığorta ödənişi verilir.
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Sığortaolunanın şəxsiyyətini təsdiq edən sənəd; |
3. |
TSEK-in əlillik barədə qərarı; |
4. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış. |
- ağır, az ağır və yaxud yüngül dərəcəli xəsarət alması halında: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 1997-ci il 20 may tarixli 296-IQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçulara hərbi xidmət dövründə aldığı ağır xəsarətə görə sığorta məbləğinin 25 faiz (2750 manat), az ağır xəsarətə görə 15 faiz (1650 manat), yüngül xəsarətə görə 5 faiz (550 manat) nisbətində sığorta ödənişi verilir.
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Sığortaolunanın şəxsiyyətini təsdiq edən sənəd; |
3. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış; |
4. |
Xəsarətin dərəcəsinə və səbəbinə dair arayış. |
Qeyd: Sığortaolunana eyni hadisə ilə bağlı icbari şəxsi sığorta ödənişi köçürüldüyü təqdirdə, 1 nömrəli əlavə tələb olunmur.