“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” 2004-cü il 18 may tarixli 651-IIQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı on bir min manat, digər diplomatik vəzifə tutan şəxslər altı min altı yüz manat, inzibati-texniki xidməti həyata keçirən şəxslər isə dörd min dörd yüz manat həcmində sığorta edilirlər.
- həlak olması (ölüm) halında: sığorta məbləğinin 100 faizi nisbətində sığorta ödənişi
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Vərəsənin (vərəsələrin) şəxsiyyətini təsdiq edən sənəd; |
3. |
Sığortaolunanın ölümü haqqında şəhadətnamə; |
4. |
Vərəsəlik hüququ haqqında şəhadətnamə; |
5. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış. |
- xəsarət və ya xəstəlik nəticəsində 3 il müddətində ölüm halında: sığorta məbləğinin 100 faizi nisbətində sığorta ödənişi verilir.
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Vərəsənin (vərəsələrin) şəxsiyyətini təsdiq edən sənəd; |
3. |
Sığortaolunanın ölümü haqqında şəhadətnamə; |
4. |
Vərəsəlik hüququ haqqında şəhadətnamə; |
5. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış. |
6. |
Tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi |
- əlillik halında: “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” 2004-cü il 18 may tarixli 651-IIQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunanın orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə sığorta məbləğinin 80 faizi, 61-80 faiz pozulmasına görə 60 faiz, 31-60 faiz pozulmasına görə 40 faiz nisbətində sığorta ödənişi verilir.
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Sığortaolunanın şəxsiyyətini təsdiq edən sənəd; |
3. |
TSEK-in əlillik barədə qərarı; |
4. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış. |
ç) ağır, az ağır və yaxud yüngül dərəcəli xəsarət alması halında: “Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən
diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin
dövlət icbari şəxsi sığortası haqqında” 2004-cü il 18 may tarixli 651-IIQ nömrəli
Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunana aldığı ağır xəsarətə görə
sığorta məbləğinin 20 faiz, az ağır xəsarətə görə 15 faiz, yüngül xəsarətə görə 10
faiz nisbətində sığorta ödənişi verilir.
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Sığortaolunanın şəxsiyyətini təsdiq edən sənəd; |
3. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış; |
4. |
Xəsarətin dərəcəsinə və səbəbinə dair arayış. |
Qeyd: Sığortaolunana eyni hadisə ilə bağlı icbari şəxsi sığorta ödənişi köçürüldüyü təqdirdə, 1 nömrəli əlavə tələb olunmur.