“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” 1999-cu il 5 oktyabr tarixli 705-IQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir.
- həlak olması (ölüm) halında: sığorta məbləğinin 100 faizi nisbətində sığorta ödənişi
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Vərəsənin (vərəsələrin) şəxsiyyətini təsdiq edən sənəd; |
3. |
Sığortaolunanın ölümü haqqında şəhadətnamə; |
4. |
Vərəsəlik hüququ haqqında şəhadətnamə; |
5. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış. |
- xəsarət və ya xəstəlik nəticəsində 3 il müddətində ölüm halında: sığorta məbləğinin 100 faizi nisbətində sığorta ödənişi verilir.
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Vərəsənin (vərəsələrin) şəxsiyyətini təsdiq edən sənəd; |
3. |
Sığortaolunanın ölümü haqqında şəhadətnamə; |
4. |
Vərəsəlik hüququ haqqında şəhadətnamə; |
5. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış. |
6. |
Tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi |
- əlillik halında: “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” 1999-cu il 5 oktyabr tarixli 705-IQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunana orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 5 illik əmək haqqının 80 faizi, 61-80 faiz pozulmasına görə 60 faiz, 31-60 faiz pozulmasına görə 40 faiz nisbətində sığorta ödənişi verilir.
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Sığortaolunanın şəxsiyyətini təsdiq edən sənəd; |
3. |
TSEK-in əlillik barədə qərarı; |
4. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış. |
ç) ağır, az ağır və yaxud yüngül dərəcəli xəsarət alması halında: “Məhkəmə və
hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” 1999-cu il 5 oktyabr tarixli 705-IQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunana aldığı ağır xəsarətə görə 5 illik əmək haqqının 20 faiz, az ağır xəsarətə görə 15 faiz, yüngül xəsarətə görə 10 faiz nisbətində sığorta ödənişi verilir.
№ |
tələb olunan sənədlər
|
1. |
Ərizə; |
2. |
Sığortaolunanın şəxsiyyətini təsdiq edən sənəd; |
3. |
Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış; |
4. |
Xəsarətin dərəcəsinə və səbəbinə dair arayış. |