Hər bir sığortaolunan dövlət sosial sığorta sistemində uçota alınmalıdır.
Hər bir sığortaolunan özü barəsində olan məlumatları sığortaçıdan əldə edə bilər.
Fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir.
Sığortaolunanlar fərdi şəxsi hesabında olan məlumatları elektron qaydada e-sosial internet portalından izləyə bilərlər.
2006-cı il 1 yanvar tarixindən əvvəlki dövrlər üzrə məlumatların e-sosial internet portalında əks etdirilməsi nəzərdə tutulmamışdır.
Sığortaolunanlar barədə məlumatları sığortaçıya dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir.