ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.

Sığortaedənlərin uçot məlumatları Dövlət Vergi Xidməti tərəfindən mərkəzləşdirilmiş qaydada sığortaçıya real vaxt rejimində ötürülür və sığortaçı tərəfindən onlara sığortaedənin uçot nömrəsi (SUN) verilir. Sığortaedənin sığortaçıda olan uçot məlumatları sığortaedənin Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində olan uçot məlumatları ilə müəyyən olunur və real vaxt rejimində qurumlararası elektron informasiya mübadiləsi yolu ilə həyata keçirilir. 

Sığortaedənlər e-sosial.az internet portalında “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” xidmətindən istifadə etməklə SUN haqqında məlumat əldə edə bilərlər.

Statistik məlumatlar

[chartId171,chartId327,chartId328,chartId329,chartId330]