ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Sığortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır.

Hər bir sığortaolunan Dövlət Sosial Müdafiə Fondunda özü barəsində olan məlumatları əldə edə bilər. Sığortaolunan fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadıqda, həmin məlumatların dəqiqləşdirilməsi barədə Dövlət Sosial Müdafiə Fonduna, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatlara münasibətdə isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə və ya sığortaedənə müraciət edə bilər.

Sığortaolunanlar fərdi şəxsi hesablarında əks olunmuş məlumatlarını e-sosial.az internet portalından izləyə bilər, pensiya kapitalı, məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, həmçinin hesablanmış və ödənilmiş  məcburi dövlət sosial sığorta haqları haqqında məlumatları əldə edə bilərlər.

Statistik məlumatlar

[chartId163,chartId332,chartId334,chartId170]