Hər bir sığortaedən sığortaçı tərəfindən sığortaedənin uçot nömrəsi ilə (SUN) təmin olunur.
e-sosial internet portalından SUN haqqında məlumat edə bilərlər.
Müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə Dövlət Vergi Xidmətinə hesabat vermək, hesabat dövründə fəaliyyət göstərmədiyi halda hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək sığortaedənin vəzifəsidir.