DSMF-yə beynəlxalq uğuru münasibətilə təbriklər ünvanlanır
21 OKTYABR 2026

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsi beynəlxalq səviyyədə geniş əks-səda doğurub. Müxtəlif ölkələrin sosial təminat qurumları və beynəlxalq təşkilatlar Fonda bu uğur münasibətilə təbrik məktubları ünvanlayıblar.

Məktublarda DSMF-nin innovativ yanaşmaları, Azərbaycanda sosial müdafiə sahəsində aparılan islahatlar və beynəlxalq müstəvidə qazanılan nailiyyətlər xüsusi vurğulanıb.

Təbriklərini çatdıran qurumlar arasında Bolqarıstanın Milli Sosial Təminat Qurumu, Albaniyanın Sosial Sığorta Qurumu, İtaliyanın Milli Sosial Təminat Qurumu və MDB İcraiyyə Komitəsi də yer alıb.