"Sağlam ruh" adlı tədbir keçirilib
21 OKTYABR 2026

"Sosial dəstək – sağlam gələcək" layihəsi çərçivəsində şəhid ailələrinin cəmiyyətə sosial inteqrasiyasını gücləndirmək məqsədi daşıyan növbəti tədbir – "Sağlam ruh" adlı görüş keçirilib.

Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunmuş tədbirdə şəhidlərimizin həyat yoldaşları və övladları iştirak ediblər. Proqram çərçivəsində valideynlər üçün ana-uşaq münasibətlərinə dair interaktiv seminar, uşaqlar üçün isə psixoloji və sosial inkişafı dəstəkləyən müxtəlif oyunlar və fəaliyyət növləri təşkil olunub.

DSMF və "ReNova" Psixologiya və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan tədbirin sonunda mütəxəssislər tərəfindən valideynlərin uşaq inkişafı ilə bağlı sualları cavablandırılıb.